Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO
Şuşa, 8 oktyabr, AZƏRTAC
Bu mənim Azərbaycana ikinci, Qarabağ regionuna isə ilk səfərimdir. İlk dəfədir ki, Şuşaya səfər etmişəm və bura çox gözəldir.
Bu sözləri Şuşa şəhərində AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin iştirakçısı, Rumıniyada olan səyyah Laura İsak deyib.
"Burada əzəmətli Qafqaz dağlarını da görmək fürsəti əldə etdik. Şuşa qalasında olduq və bizə Şuşanın və bütün Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi. Biz üç gün ərzində bu bölgədə olacağıq və ümid edirik ki, burada bir çox tarixi əhəmiyyət kəsb edən məkanlara səfər edəcəyik", - deyə o bildirib.
Müxbir - Tahir Ağaməmmədov