Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakı, 8 oktyabr, AZƏRTAC

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadənin moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin (HTBİ) rəisi tibb xidməti general-mayoru Rüfət Əliyevin sözlərinə görə, insanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələrin əldə edilməsində və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir. O, qeyd edib ki, HTBİ-nin Genetik Araşdırmalar Mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub.

HTBİ-nin rəisinin sözlərinə görə, itkin düşmüş şəxslərin axtarışı ilə yanaşı, hüquqi qiymətləndirmədə və həqiqətin ortaya çıxarılmasında geniş tətbiq edilən məhkəmə genetik ekspertiza fəaliyyətinin hazırkı dövrdə sabit qalması mümkün deyil: “Texnologiyaların sürətli inkişaf etdiyi müasir dünyamızda itkin düşmüş şəxslərin genetik identifikasiyasında yeni dəyişmələrə elmi əsaslarla cavab verə bilən genetik-ekspertiza qurumlarına ehtiyac getdikcə artmaqdadır. Azərbaycanda mərkəzində insan amilinin, vətəndaşların hüquq və mənafelərinin dayandığı dövlət siyasətinin prinsiplərinə uyğun olaraq, tam dövlət maliyyələşməsi hesabına qurulan Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının akkreditasiyadan keçirilməsinin vacibliyi nəzərə alınıb və 2024-сü ilin may ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya edilib və sertifikatlaşdırılıb. Laboratoriyanın bioloji materialların idarə edilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə biobankların səlahiyyətləri, qərəzsizliyi və ardıcıl fəaliyyəti üçün hazırlanmış ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb və cari ilin noyabr ayında akkreditasiya prosesinin baş tutacağı gözlənilir”.

Rüfət Əliyev bildirib ki, hazırkı dövrədək HTBİ-də 328 nəfər itkin düşmüş şəxsin genetik-identifikasiyası həyata keçirilib. “Genetik Araşdırmalar Mərkəzinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və digər aidiyyəti dövlət qurumlarına rəqəmsal transformasiyası, modern texnoloji cihaz və avadanlıqlardan istifadə edilməsi tədqiqatların etibarlılığını və xidmət keyfiyyətini artırıb, əldə edilən nəticələrlə itkin düşmüş şəxslərin axtarışı prosesinə ictimai etimadı daha da gücləndirib. Yeni nəsil DNT texnologiyaları genetik-mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsini birmənalı olaraq zəruri edir. Xüsusi təlimlər və davamlı peşəkar inkişaf həm fərdi, həm də təşkilati səviyyədə qarşıya əsas vəzifə kimi qoyulub", - deyə o qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Uğur Bayraktutan deyib ki, itkin düşmüş insanların axtarılması, tapılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi yalnız texniki və ya hüquqi proses kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda, humanitar məsuliyyətdir, ailələrin hüquqlarına, keçmişinə, irsinə hörmətin göstəricisidir və cəmiyyətlərin öz keçmişi ilə sağlam şəkildə üzləşə bilməsinin mühüm şərtidir. O, bu baxımdan Azərbaycanın nümunəsinin Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Monteneqronun sabiq müdafiə naziri Milica Durisic sülh sazişinin müharibəni dayandıra bildiyini, lakin onun bütün humanitar nəticələrini aradan qaldıra bilmədiyini diqqətə çatdırıb: "Məhz buna görə hesab edirəm ki, itkin şəxslər məsələsi yalnız sülh prosesindən sonra həll edilməli olan məsələ kimi nəzərdən keçirilməməlidir. Bu məsələ sülh prosesinin tərkib hissəsi olmalıdır. Hesab edirəm ki, itkin şəxslərin axtarışı münaqişədən çıxan cəmiyyətlər üçün ən praktik etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər. Çünki siyasi mövqelər arasında dərin fikir ayrılıqları qalmaqda davam etsə belə, insanları bir araya gətirə biləcək fundamental humanitar prinsip mövcuddur. Bu ortaq prinsip bəzən siyasi dialoqun aça bilmədiyi qapıları açır".

Malayziyanın Beynəlxalq İslam Universitetinin professoru Mohammad Naqib Eishan Jan bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olan Qarabağ bir zamanlar işğal altında olub və dağıdılıb. Bu gün isə Qarabağ azadlığın nemətindən bəhrələnir. Azərbaycan hökumətinin səyləri nəticəsində hazırda Qarabağda infrastrukturun bərpası, zəruri xidmət və obyektlərin, eləcə də sakinlərin rifahının təmin olunması məqsədilə genişmiqyaslı yenidənqurma, dirçəliş və inkişaf işləri həyata keçirilir. Məcburi köçkünlər öz evlərinə qayıdır, icmalar yenidən qurulur və region yeni bir mərhələyə – sülh, sabitlik və inkişafa doğru irəliləyir. Bunlar mühüm inkişaflardır. Lakin sülh müharibənin insanlara vurduğu nəticələri aradan qaldırmır.

"Müharibələr harada baş verməsindən asılı olmayaraq, özündən sonra dərin yaralar qoyur. Qarabağ müharibəsi də istisna deyil. Həmin münaqişələrin ən ağrılı miraslarından biri taleyi naməlum olaraq qalan minlərlə insanın vəziyyətidir. Dörd mindən çox azərbaycanlı barədə bu günədək məlumat yoxdur. Hər bir itkin şəxsin arxasında bir ailə dayanır: Hələ də gözləyən ana, cavab almaq istəyən ata və valideyninin başına nə gəldiyini bilmədən böyüyən uşaq. Məhz buna görə itkin şəxslər məsələsinə, sadəcə, statistika kimi yanaşmaq olmaz. Bu, insan ləyaqəti, ədalət və hüquq məsələsidir", - deyə malayziyalı professor vurğulayıb.

Meksikanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Diyeqo Qayolun sözlərinə görə, ölkəsi Azərbaycanla insan identifikasiyası, məhkəmə-tibbi ekspertiza, axtarış metodologiyaları və institusional potensialın gücləndirilməsi kimi sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarının, qabaqcıl təcrübə, texniki ekspertiza və qarşılıqlı öyrənmə mübadiləsinin araşdırılmasını məmnunluqla qarşılayar: "İnanırıq ki, müvafiq qurumlarımız arasında dialoq və praktiki əməkdaşlıq qarşılıqlı faydalı ola və bu humanitar problemin həllinə əlavə töhfə verə bilər. Hesab edirik ki, bu kimi çoxtərəfli forumlar qarşılıqlı öyrənmənin təşviqi və ümumi həll yollarının hazırlanmasında mühüm rol oynayır. Milli reallıqlar fərqli olsa da, bütün dövlətlər itkin düşmə hallarının qarşısının alınması, itkin şəxslərin taleyi və harada olduqlarının müəyyənləşdirilməsi, zərərçəkmişlərin və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə məsuliyyəti bölüşür. Təcrübə mübadiləsi bir-birimizdən öyrənməyə, institutlarımızı gücləndirməyə və ümumi cavab tədbirlərimizi təkmilləşdirməyə imkan verir".

Kolumbiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Yesid Andres Serranonun deyib ki, ölkəsinin təcrübəsi göstərir ki, itkin düşmüş şəxslərin axtarışı sülhə keçid şəraitində etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər. Eyni zamanda, həqiqətin üzə çıxarılması və zərərçəkmişlərin tanınması barışıq prosesinə və davamlı sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir.

Tacikistanın Baş Prokurorluğunun böyük prokuroru Şohin Talbakzoda diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu beynəlxalq ictimaiyyətin bu humanitar faciəyə diqqətinin cəlb olunmasına xidmət edən mühüm platformaya çevrilib. “Fikrimizcə, həlak olmuş şəxslərin qalıqlarının aşkar edilməsi, onların ləyaqətlə dəfn olunması, ailələrin baş vermiş hadisələr barədə həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq humanitar hüququn ayrılmaz hissəsidir”, - deyə o bildirib.

Şohin Talbakzoda qeyd edib ki, itkin şəxslər probleminin bəzən hüquqi müzakirələrin hüdudlarından kənarda qalan daha bir ölçüsü var. Bu, dünyanın insani ölçüsüdür. İtkin şəxslərin identifikasiyasına müasir yanaşma hüquqi mexanizmləri, axtarış işlərini, məhkəmə-tibbi, kriminalistik, antropoloji, genetik, informasiya texnologiyalarını və beynəlxalq əməkdaşlığı birləşdirməlidir.

Digər çıxış edənlər də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinin yalnız hüquqi və texniki məsələ olmadığını, eyni zamanda, humanitar əməkdaşlığın, etimadın yaradılmasının və davamlı sülhün möhkəmləndirilməsinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. Onlar itkin şəxslərin axtarışı və identifikasiyası sahəsində beynəlxalq təcrübə və qabaqcıl yanaşmaların bölüşdürülməsinin, dövlətlər və aidiyyəti qurumlar arasında praktiki əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Tofiq Babayev
Videooperator - Vüsal Taqiyev
Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək