Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO
Kəlbəcər, 9 oktyabr, AZƏRTAC
Dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarles Veley rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Kəlbəcərə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Qeyd edək ki, bu səfər dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağa və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir - Elcan Məmmədov