Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

Naxçıvan, 10 oktyabr, AZƏRTAC

Torpaq ustanın əllərində sanki yenidən doğulur. Əvvəlcə adi palçıq təsiri bağışlayan bu qarışıq səbir, zəhmət və ustalıqla yoğurulduqca tədricən özünəməxsus forma alır. Hər toxunuş, hər döyüntü gələcək təndirin möhkəmliyinə hesablanır. Burada tələskənliyə yer yoxdur – nəticəyə aparan yol səbirdən və illərin təcrübəsindən keçir.

Təndir yalnız torpaqdan hazırlanmış məişət vasitəsi deyil. O, nəsildən-nəslə ötürülən qədim sənətin, xalq məişətinin və çörək mədəniyyətinin yaşadılan nümunəsidir. Bu sənətin əhəmiyyəti artıq beynəlxalq səviyyədə də təsdiqini tapıb. 2024-cü ilin dekabrında Azərbaycanın “Təndir sənətkarlığı və çörəkbişirmə” milli nominasiyası UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bu qədim sənətin incəliklərini qoruyub saxlayan ustalardan biri də Culfa rayonunun Yaycı kəndində yaşayan Məmməd İmanovdur. Onun həyətində torpağın əllə yoğurulub təndirə çevrilməsi əsrlərdən süzülüb gələn sənətin bu gün də necə yaşadıldığını göstərir.

AZƏRTAC-ın bölgə müxbiri ustanın yaşadığı və fəaliyyət göstərdiyi həyətdə olub, Məmməd İmanovun həyat yoldaşı ilə birgə təndir hazırlamasının mərhələlərini izləyib, sənətin incəlikləri barədə söhbət edib.

Təxminən 15-16 ildir həyat yoldaşı ilə birlikdə təndir qoymaqla məşğul olan Məmməd usta deyir ki, təndirin hazırlanması ilk baxışdan sadə görünsə də, burada hər mərhələnin öz qaydası var. Ən vacib məqamlardan biri torpağın düzgün seçilməsidir. Usta təndir üçün çöldən gətirilən xüsusi gilli torpaqdan istifadə etdiklərini bildirir. Torpağın yapışqanlığı və möhkəmliyi olmalıdır.

“Torpağın şirəsi, yapışqanlığı, gücü olmalıdır. Hər torpaq bu effekti verməz. Bəzi yerlərdə saman qatırlar. Biz isə sırf keçi tükündən istifadə edirik. Tükü alıb gətiririk, palçığa qarışdırıb yoğururuq. Sonra onu saxlayırıq ki, torpaq yaxşı bişsin. Bundan sonra təndiri hazırlamağa başlayırıq”, – deyə o bildirir.

Palçıq hazır olduqdan sonra əsas iş başlayır. Təndir bir dəfəyə deyil, qat-qat, mərhələ-mərhələ formalaşdırılır. Hər gün müəyyən hündürlükdə palçıq əlavə edilir ki, əvvəlki qat qurusun və növbəti qatla möhkəm birləşsin.

Ustanın sözlərinə görə, təxminən bir metr hündürlüyündə təndirin hazırlanması beş-altı gün çəkir. Əsl zəhmət isə onun divarlarının formaya salınması, hamarlanması və möhkəmləndirilməsidir: “Təndirin ən rahat işi onu qoymaqdır. Ondan sonrakı işlər daha çətindir. Palçığı döyə-döyə formaya salırsan. Elə hala gətirməlisən ki, görünüşündən onun gözəl və keyfiyyətli olduğu bilinsin”.

Hazırlanan təndirin qurudulması da xüsusi diqqət tələb edir. Birbaşa günəş şüaları onun çatlamasına, hətta partlamasına səbəb ola bilər. Buna görə də təndirin örtülü və tədricən quruyan yerdə saxlanılması məsləhət görülür. Ən gözəl təndirlər məhz ilin sərin vaxtlarında -payız aylarında ərsəyə gəlir. Bu vaxtlarda qoyulan təndirlər gec quruyurlar, çatlaması olmur, keyfiyyətli alınır. Ustanın emalatxanasında müxtəlifölçülü hazır təndirlər də gözə dəyir. Sifarişlər yalnız Naxçıvandan deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlir. Hazırladığı təndirlərdən birinin hətta Finlandiyaya aparıldığını deyən usta bildirir: “Şərurdan, Şahbuzdan, Ordubaddan, Bakıdan müştərilərimiz var. Zəng edirlər, sifariş verirlər, göndərirəm. Elə olub ki, mənim hazırladığım təndir Finlandiyaya gedib. Orada yaşayan azərbaycanlı ailələr alıb aparıblar”.

Təndirin müştəriyə verilməsi ilə ustanın işi tam başa çatmır. İlk dəfə yandırılması və sonrakı istifadəsi ilə bağlı müştərilərə ətraflı tövsiyələr verir. Onun sözlərinə görə, təndir əvvəlcə yavaş-yavaş qızdırılmalı, daha sonra odu artırılmalıdır. Təndirin ağarması onun bişdiyini göstərir. Hazır təndir yağışdan və sudan qorunmalı, mümkün qədər örtülü yerdə saxlanılmalıdır.

Düzgün hazırlandıqda və qorunduqda təndirdən 10, 15, hətta 20 il istifadə etmək mümkündür. Məmməd İmanovun fəaliyyətində əsas prinsip isə çox məhsul deyil, keyfiyyətli məhsul hazırlamaqdır. “İstəsən, gündə beş-on təndir hazırlaya bilərsən. Amma onda keyfiyyət aşağı düşər. Bunu zövqlə, asta-asta işləmək lazımdır ki, keyfiyyətli məhsul alınsın. Mən öz müştərimə görə hazırlayıram. Mövsümə bağlıdır. Elə vaxt olur sifariş çox olur, çatdırmaq olmur, elə vaxt da olur dayanır”, – deyə usta bildirir.

Bu sənətin Məmməd İmanova verdiyi ən böyük dəyər isə yalnız qazanc deyil. O təndirqoymanı Naxçıvanın və bütövlükdə Azərbaycanın maddi-mədəni irsinin bir hissəsi hesab edir: “Təndirqoyma bizim qədim sənətimizdir. Bunu yaşatmalıyıq. Bu, dulusçuluq sənətinin bir parçasıdır. Dulusçular oturaraq əlləri ilə işləyirlər, biz isə ayaq üstə işləyirik. Bu, bizim tariximizdir. Təndir, lavaş bizim millətimizə, Azərbaycana xas olan dəyərlərdir”.

Ustanın hazırladığı təndirlər müxtəlif müsabiqələrdə də iştirak edib və yüksək qiymətləndirilib. Bu isə onun illərin zəhməti ilə yaşatdığı sənətə verilən dəyərin göstəricisidir.

Müasir texnologiyaların geniş yayıldığı bir dövrdə əl əməyinə əsaslanan təndirqoyma kimi qədim sənətlərin yaşadılması xüsusi əhəmiyyət daşıyır. Çünki burada yalnız bir məhsul deyil, əsrlərdən süzülüb gələn ənənə, zəhmət və sənətkarlıq yaşadılır. Beləcə, torpaq seçilir, keçi tükü ilə yoğurulur, günlərlə qurudulur, ustanın əlləri altında forma alır və sonda odla sınaqdan keçir. Sadə görünən bu proses əslində nəsillərdən-nəsillərə ötürülən böyük zəhmətin ifadəsidir. Məmməd İmanovun hazırladığı hər bir təndir isə torpaqdan yoğurulan, odla möhkəmlənən və Naxçıvanın qədim sənət ənənəsini yaşadan bir sənət nümunəsidir.

Müxbir- Nail Əsgərov

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxıb

Bəhreyn DİN: İranın hücumu nəticəsində sənaye obyektində yanğın baş verib

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycanlı döyüşçü UFC-də ikinci qələbəsini qazanıb

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cəsur” tamaşası nümayiş olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib

Finlandiyada yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edilib

Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib

Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb VİDEO

Aİ və İndoneziya onillik danışıqlardan sonra sərbəst ticarət sazişi imzalayıb

“Costa Concordia” gəmisinin keçmiş kapitanı doqquz ildən sonra şərti azadlığa buraxılıb

Hindistanın şimal-şərqində saxta spirtli içkidən 11 nəfər ölüb, 180 nəfər zəhərlənib

Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir

Əraqçi: İranın tələbləri yerinə yetirilməyənə qədər Hörmüzün açılması müzakirə olunmayacaq

Arzu Rzayeva: Ən əziz xatirələrim və musiqidə ilk addımlarım Xankəndi ilə bağlıdır - MÜSAHİBƏ

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO

ABŞ Prezidenti: Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istəyirik

Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır

Bu saata olan əsas xəbərlər

Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub

“Nvidia” bir neçə həftədə 1,4 trilyon dollar kapitallaşma itirib

Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb VİDEO

Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb VİDEO

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır

Dövlət Komitəsinin sədri: Aqressiv estetik və kosmetoloji prosedurlar ciddi fiziki və psixoloji fəsadlara yol aça bilər

Nigeriya ordusu 21 İŞİD terrorçusunu məhv edib

Finlandiya Aİ-ni rusiyalı idmançılara qarşı vahid viza qadağası tətbiq etməyə çağırıb

Aİ-nin 2028–2034-cü illər büdcəsində müdafiə xərcləri 232 faiz artırıla bilər

Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb

Uşaqların hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Stokholmda zorakılıq halları səbəbindən xüsusi məktəblərin sayının artırılması planlaşdırılır

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub

Danimarka Aİ-yə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasını təklif edib

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

Vyetnamla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin məntiqi davamıdır - ŞƏRH

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib

İraqda elektrik stansiyasında yanğın: 4 ölü, 35 yaralı

Taleyi naməlum azərbaycanlılar - yarımçıq qalan həyatların ağrısı

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO

Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO

Ekspert: İtkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması qarşılıqlı etimad səyləri üçün sınaqdır

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO

Bakıda Kəlağayı Festivalının açılışı olub VİDEO

Bakıda Kəlağayı Festivalının açılışı olub VİDEO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar VİDEO

Laçın şəhərinə aid memarlıq layihəsi “Qızıl Trezzini” mükafatına layiq görülüb

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Vyetnam səfəri: Azərbaycan yeni tərəfdaşlıq platformaları formalaşdırır

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq VİDEO

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq VİDEO

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır VİDEO

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır VİDEO

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq VİDEO

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq VİDEO

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib VİDEO

“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO

“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var

Gürcü politoloq: İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Cənubi Qafqazda dayanıqlı sülh üçün vacibdir

Türkiyə parlamenti Avropa İttifaqı ilə vizasız rejimə dair son 6 meyarı müzakirə edəcək

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Sabahın hava proqnozu açıqlanıb

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

P-TEC-in nazirlər görüşündə Cənubi Qafqazda həyata keçirilən strateji enerji layihələrindən danışılıb

İtkinlərin taleyinə aydınlıq gətirilməsi sülhə sadiqliyin ən inandırıcı göstəricilərindən biri olmalıdır - ŞƏRH

“Sabahın alimləri”nin elmi tədqiqatı COP31 çərçivəsində təqdim edilib

® Gəncə avtomobil zavodu “Regional Expo Gəncə 2026” sərgisində iştirak edir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Azərbaycan dünyanın ən böyük nağıl festivalında təmsil olunub

İrəvanın humanitar dialoq çağırışları itkin azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir – ŞƏRH

Professor: Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməməsi etimadın yaranmasına mane olur

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Politoloq: Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan parataekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır VİDEO

Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası - 13 min ting əkilib

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik VİDEO

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik VİDEO

Ümumdünya Ərzaq Proqramı qlobal aclıq təhlükəsi fonunda gələn il 91 milyon insana yardım edəcək

Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib

Mədəniyyət naziri Yeni Dehlidə keçirilən forumun açılış sessiyasında çıxış edib YENİLƏNİB

İspaniyada ilk dəfə azərbaycanşünaslıq üzrə magistratura proqramına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Fövqəladə Hallar Nazirliyi çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirib VİDEO

“Vasa” gəmisi: dənizin dərinliklərindən muzeyə VİDEO

“Vasa” gəmisi: dənizin dərinliklərindən muzeyə VİDEO

Arxeoloji qazıntılar Azərbaycanın şəhər mədəniyyətinin tarixinin dərindən öyrənilməsinə imkan yaradır

Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə müraciət edib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Qusarda kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur

YAP Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin fəal iştirakçısıdır - ŞƏRH

Vyetnam xalqının müstəmləkəçiliyə və işğala qarşı mübarizəsini əks etdirən Hərb Tarixi Muzeyi VİDEO

Vyetnam xalqının müstəmləkəçiliyə və işğala qarşı mübarizəsini əks etdirən Hərb Tarixi Muzeyi VİDEO

NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür

Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

FTB məlumat bazasına edilən haker hücumunu araşdırır

Əraqçi: ABŞ İranla sülh razılaşması bağlamaq niyyətini açıq bəyan etməlidir

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub VİDEO