Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Kamboca Ticarət Palatası ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu mübadilə edilib.
AZƏRTAC xəbər verir ki, Anlaşma Memorandumu iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı biznes imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
Foto - İlkin Cavanşirov
Video - Mirrəsul Cəfərov