Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO
Kiyev, 13 oktyabr, AZƏRTAC
Rusiya ordusu oktyabrın 12-i axşam saatlarından başlayaraq Ukraynanın Xarkov şəhərinə intensiv hava zərbələri endirib, nəticədə azı 3 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov isə “Teleqram” səhifəsində bildirib ki, Rusiya ordusu 10 “Banderol” tipli raket ilə Xarkov şəhərinin iki rayonuna hava zərbələri endirib. Şəhərin mülki infrastrukturları, həmçinin yaşayış binaları dağılıb. Dördmərtəbəli binaya endirilən zərbə nəticəsində binanın bir hissəsi tamamilə çöküb.
Bundan başqa, beşmərtəbəli binaya endirilən hava zərbəsi nəticəsində dağıntılar qeydə alınıb, 6 avtomobil yanıb.