Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO
Bakı,13 oktyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəmanlardan biri də Qiyas Manafovdur.
Uşaq yaşlarından Xocalının qisasını alacağını deyən, Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanımızın ömür yolu haqqında ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladıqları videomaterialdan tanış ola bilərsiniz.