Naxçıvan Uşaq Bərpa Mərkəzində bu ilin 9 ayında 434 uşağa reabilitasiya xidmətləri göstərilib VİDEO
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Uşaq Bərpa Mərkəzi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib. Həmçinin “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti tərəfindən əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Kifayət Mahmudova deyib.
O qeyd edib ki, bütün bu fəaliyyətlərdə əsas məqsəd bərpa kursuna cəlb edilən hər bir uşağın sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək göstərməkdir.
Müxbir- Nail Əsgərov