Özünüməşğulluq proqramı üzrə vətəndaşlara ilk dəfə “Simmental” və “Holşteyn” cinsli inəklər verilir VİDEO
Ağdam, 21 oktyabr, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bir ilkə imza atılır. İlk dəfə olaraq Azərbaycanda vətəndaşlara “Simmental” və “Holşteyn” cinsli inəklər verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Ağdamda jurnalistlərə müsahibəsində deyib.
“Biz bunu ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə başlayırıq. Bu torpaqların potensialına böyük inam bəsləyirik. İlk olaraq 30 ailəyə heyvanlar təqdim edildi. Bu proses vaxt və əmək sərf edən işdir. Çünki “Simmental” və “Holşteyn” cinsli heyvanlar tövlə şəraitində xüsusi qulluq tələb edir. Ona görə də Aqrar Xidmətlər Agentliyinin komandası ilə bərabər monitorinqlər həyata keçirmişik, qiymətləndirmələr aparmışıq. Ən uyğun təsərrüfatlara, ailələrə bu gün aktivlər verildi”, - deyə Habil Abbasov bildirib.
Müxbir – Tahir Ağaməmmədov