Raket zərbələri nəticəsində Kiyevdə mülki infrastruktur dağılıb - AZƏRTAC-ın hadisə yerindən reportajı VİDEO
Kiyev, 22 oktyabr, AZƏRTAC
Oktyabr 21-dən 22-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirilən kütləvi hava zərbələri nəticəsində şəhərdə bir sıra mülki infrastruktur, ticarət mərkəzi, körpü, xəstəxana dağılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kiyevin Obolon rayonunda " Epitsentr" ticarət mərkəzi tamamilə yararsız hala düşüb. Hava zərbələri zamanı 30-a yaxın ballistik raketdən istifadə edilib.
Hava hücumu zamanı Kiyevdə Darnitski və Svyatoşin rayonlarında da dağıntılar qeydə alınıb. Bir nəfərin həlak olduğu, 30-a yaxın insanın xəsarət aldığı müəyyən edilib.
AZƏRTAC hadisə yerindən foto və videoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev