Sədərək rayonuna dolu yağıb VİDEO
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dolu təxminən 5 dəqiqə ərzində davam edib, sonra yağışa çevrilib.
Dolu yağışının kənd təsərrüfatı sahələrinə təsiri barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.
Müxbir- Nail Əsgərov