Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Türkiyədən qayıdıb VİDEO
Qəbələ, 22 oktyabr, AZƏRTAC
“Qardaş məktəb” layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Türkiyənin Nevşehir Mesleki ve Teknik Anadolu Liseyində tədris prosesində iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Peşə Təhsil Mərkəzinin müxtəlif ixtisaslarda təhsil alan tələbələri peşə istiqamətləri üzrə dərslərə qatılıb, emalatxana və laboratoriyalarda görülən işlərlə tanış olublar. Onlar, həmçinin yeni təcrübələr qazanıb, ixtisasları üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdiriblər.
Müxbir - Rasim İslamoğlu