Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 VİDEO

Xankəndi, 23 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən hökumət rəsmilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirən forum sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi, ağıllı idarəetmə modellərinin tətbiqi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi məqsədi daşıyıb.

Tədbirdə DOST Agentliyinin süni intellekt həlli olan SAİDA (Social Artificial Intelligence DOST Agency) moderator qismində iştirakçıları salamlayıb.

Forumun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsinin 6-cı ildönümü günlərində keçirildiyini, şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək tədbirlərini diqqətə çatdırıb. O, “SOCGOV 2026” beynəlxalq forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərimizdə qurulan yeni həyatın, ağıllı şəhər konsepsiyasının təqdimatına imkan yaratdığını bildirib. Anar Əliyev ölkəmizdə 2018-ci ildən icra olunan, illik əlavə maliyyə vəsaiti 8 milyard manat olan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları qeyd edib. Dövlətimizin başçısının göstərişinə əsasən, sosial ödənişlərin artırılması üçün növbəti, sayca 6-cı sosial islahat paketinin hazırlanmaqda olduğunu vurğulayıb.

Nazirliyin xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər qeyd olunub. Əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, inzibati proseslərin avtomatlaşdırılması və vətəndaşlarla rəqəmsal qarşılıqlı əlaqənin inkişaf etdirilməsi prosesləri əhatə olunmaqla, nazirlik tərəfindən 4 əsas prioritet üzrə süni intellektin tətbiqi işləri barədə məlumat verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı bildirilib. Moldova, Özbəkistan, Serbiya və digər ölkələr tərəfindən DOST konsepsiyasının öyrənilməsinə maraq göstərildiyi, son illər nazirliyin həyata keçirdiyi sosial islahatların uğurlarının 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.

Anar Əliyev bu forumun sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiq perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi, qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacağına əminliyini ifadə edib.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan "SOCGOV 2026" beynəlxalq forumunun sosial siyasətlərin gələcəyinə dair birgə səylərə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, Türkiyədə dövlət xidmətlərinin rəqəmsal transformasiyasının davam etdirildiyini, əsas rəqəmsal platforma olan "e-Dövlət Qapısı" portalının vətəndaşlara geniş çeşidli dövlət xidmətlərinə sürətli, təhlükəsiz və vahid məkandan çıxış imkanı yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, hazırda istifadəçilərinin sayı 70 milyona yaxın olan "e-Dövlət Qapısı" portalı vasitəsilə minlərlə xidmət təqdim olunur. Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi rəqəmsallaşmanı xidmətlərin keyfiyyətini və institusional potensialı artıran əsas vasitə kimi qiymətləndirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmə yanaşmasının uğurlu nümunəsi olduğunu vurğulayıb. O bu modelin inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına, dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Bildirib ki, DOST Agentliyinin də sosial xidmətlər sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramiya Kaytano videomüraciətində süni intellekt, data əsaslı həllər və rəqəmsal dövlət xidmətlərinin sosial təminatı daha əlçatan, operativ, inklüziv və insanyönümlü etmək üçün geniş imkanlar yaratdığını vurğulayıb. “SOCGOV 2026” forumunda aparılan müzakirələrin yeni ideyalara, sosial təminatın gələcəyi üçün praktiki həllərə töhfə verəcəyinə əminliyini bildirib. Avropa Sosial Şəbəkəsinin sədri Kristyan Fille də videomüraciətində rəqəmsal analitika, süni intellekt və data əsaslı qərarların sosial xidmətlər sahəsinə gətirdiyi üstünlükləri, keçirilən bu tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Forumda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun moderatorluğu ilə “Süni intellekt və data əsaslı dövlət idarəçiliyi: imkanlar, risklər və gələcək” mövzusunda panel sessiyası olub. Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Mihai Qabriel Çiobanu, Yunanıstanın Elektron Milli Sosial Sığorta Fondunun direktoru Aleksandros Varveris Georgios, ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova, Lüksemburq Milli Məlumat Xidmətinin məlumatların idarə edilməsi üzrə mütəxəssisi Nicat Hacıxanov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbir Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva və Türkiyənin Doğuş Teknoloji Səhmdar Cəmiyyətinin Məlumat elmləri qrupunun rəhbəri Mehmet Ali Varolun TEDx formatında debatları, tematik işçi qruplarının müzakirələri ilə davam edib.

Forumun yekun Bəyanatı qəbul olunub. Sənəddə iştirakçılar SOCGOV təşəbbüsünün sosial idarəetmənin gələcəyinə dair beynəlxalq dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün institusional və davamlı platforma kimi inkişaf etdirilməsini dəstəklədiklərini ifadə ediblər. Vurğulanıb ki, sosial siyasətin formalaşdırılması və icrasında etibarlı məlumatlardan, müasir analitik vasitələrdən və faktlara əsaslanan qərar qəbuletmə mexanizmlərindən istifadə genişləndirilməlidir.

“SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində paralel sessiyalar, tərəfdaş təşkilatların xüsusi təqdimatları, habelə ASAN xidmət və Qarabağ Universitetinin birgə tədbiri də keçirilib.

Forumda iştirak edən Türkiyə və Özbəkistan nümayəndə heyətləri Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər. Nazir Anar Əliyev qonaqlara Zəfər parkı və Zəfər tağı kompleksi barədə məlumat verib. Nümayəndə heyətləri Qarabağ Universitetində də olublar.

“SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində, həmçinin “AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Müsabiqə beynəlxalq səviyyədə 4 kateqoriya (“Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial sahənin inkişafına elmi töhfə” və “Regional sosial təşəbbüs”) və yerli səviyyədə 3 fərdi nominasiya (“İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri/təşəbbüskarı”, “Sosial sahənin inkişafına davamlı töhfəyə görə”) üzrə keçirilib.

Müsabiqəyə 84 layihə (o cümlədən qeyd edilən kateqoriyalar üzrə Ukrayna, Yunanıstan, Özbəkistan, Rusiya və digər ölkələrdən 32, fərdi nominasiyalar üzə 52 layihə) təqdim olunub.

Münsiflər tərəfindən qiymətləndirmələr aparılıb və 20 layihə finala çıxıb. Onlardan qeyd edilən kateqoriya və fərdi nominasiyanın hər biri üzrə 1 layihə olmaqla 7 qalib müəyyən edilib.

Sosial sahədə qabaqcıl təcrübələrin, innovativ həllərin və sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliği məqsədi daşıyan müsabiqənin finalçılarına müvafiq sertifikatlar verilib.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışının 5 illiyi münasibətilə Mərkəzə Təşəkkür Sertifikatı təqdim edilib.

"AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi çərçivəsində təşkil olunan Qala Gecəsində bədii hissə də nümayiş etdirilib.

Müəllif - Göyçək Mahmudlu
Videooperator - Namiq Abdullayev
Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COVID-19-a yoluxmuş şəxslərin yarıdan çoxunda beş il ərzində qoxu hissi bərpa olunmayıb - TƏDQİQAT

ABŞ Qeşm adasına zərbə endirdiyini təsdiqləyib

Rutte: NATO-nun Ukraynaya silah tədarükü üçün bir neçə milyard dolları çatışmır

Fransada bahalaşmaya və aşağı əməkhaqlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib

Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb

Marmara Universitetində Türkiyə-Azərbaycan münasibətlərinin mediada işıqlandırılması müzakirə edilib

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

UEFA Millətlər Liqası: Danimarka Norveçlə heç-heçə edib, Ukrayna Gürcüstana qalib gəlib

İsveç Ukraynaya hərbi yardımı artırır

Əziz Ələkbərli: Gülarə Əliyevanın zəngin musiqi irsinin yaşadılması mühüm əhəmiyyət daşıyır

Ukrayna “Ramştayn” formatında keçirilən konfransın nəticələrini dəyərləndirib

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib

Aktoti Raimkulova: Gülarə Əliyevanın yaradıcılığı bütövlükdə Türk dünyasının mədəni sərvəti və irsidir

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Azərbaycanın Kudo üzrə yeganə dünya çempionu ikinci dəfə Avropa çempionu olub

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub YENİLƏNİB

Qazaxın kəndlərində təsərrüfat sahiblərinin və fermerlərin müraciətləri dinlənilib

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar

Alim: Süni intellekt tarixçini əvəz etməyəcək, amma keçmişin öyrənilməsinə yanaşmanı dəyişəcək

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyü”nə çevrilib - Neyropsixiatr Teo Kompernollenin ŞƏRHİ

Qazaxda V İdman Festivalına start verilib

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib

Özbək xoreoqraf: Azərbaycan rəqsi ilə ən yaxın oxşarlıqlar Fərqanə məktəbində müşahidə olunur

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

“Nvidia”nın maliyyə hesabatından sonra bazar dəyərində 335 milyard dollarlıq dəyişiklik gözlənilir

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib

Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Futbol formasından əlfəcinədək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Türk ekspert: 17 noyabr xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür

“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

Azərbaycanın yaşıl enerji potensialı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır - ŞƏRH

“Sıfır Atık’” Fondunun sədri: Azərbaycan və Türkiyə COP31-də ortaq ekoloji təşəbbüslərlə çıxış edir

İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Bakıdakı şadlıq saraylarında monitorinq: 47 obyektdən 41-də nöqsanlar aşkarlanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal İqlim Həftələri əməkdaşlığına qoşulub

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli layihə uğurla tamamlanıb

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur ŞƏRH

Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans

Qubada Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti mövzusu müzakirə olunacaq

Azərbaycanlı və almaniyalı tədqiqatçılar plastik çirklənmənin həlli yollarını araşdırıblar

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® “Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb

Siyasi şərhçi: Azərbaycanın enerji və nəqliyyat sahəsindəki mövqeyi Avropa üçün strateji əhəmiyyət daşıyır

Narkotik asılılığı ilə mübarizədə ailənin rolu: İsmayıllıda valideynlərlə görüş təşkil olunub

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Mərkəzi Bankın nümayəndələri İsveçrə Milli Bankındakı effektiv iş mexanizmlərini nəzərdən keçiriblər

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib VİDEO

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə islahat: On doqquz sənədə dəyişiklik edilir

Beyin mərkəzləri Orta Dəhliz və Lapis Lazuli marşrutunun uzlaşdırılmasını müzakirə ediblər

“Azərpoçt” ötən il 90 milyondan çox maliyyə əməliyyatı həyata keçirib

"Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Rusiya yanacaq təminatının sabitliyi üçün neft emalı zavodlarında təmiri sürətləndirir

“Azərpoçt”un fəaliyyətində süni intellekt və avtomatlaşdırmanın tətbiqi imkanları genişlənir

Poçt şəbəkələri Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdıra bilər

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi”nin və “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir

“İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın və “Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

AQTA əməkdaşları üçün ətraf mühit və insan hüquqları ilə bağlı təlim təşkil olunub

Aqrar Sığorta Fondu mütəxəssisləri əməkdaşlığa dəvət edir – Bölgələrdə təlimlər başlayır

Əfqanıstan rəsmisi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

Tarixçi-alim: Azadlıq meydanında yüksələn üçrəngli bayraq milli dirçəlişimizin rəmzinə çevrilib

Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Anar Məcidov: Beynəlxalq poçt əməkdaşlığının dəyəri vətəndaş və biznes üçün yaratdığı real fayda ilə ölçülür – MÜSAHİBƏ

QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

Xalqın dirçəlişi onun öz gücünə inanması ilə başlayır - ŞƏRH

Azərbaycan məktəbliləri piko-peyk hazırlayacaqlar

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

Deputat: Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin təcəssümüdür ŞƏRH

“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Mixail Malkin: Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq böyük qürurdur

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib

Bərpaçı: Tarixi eksponata hər müdaxilə onun taleyinə təsir edir

İKTA: İstehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb