Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib VİDEO
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ötən gecə yağan güclü yağışlar Dırnıs və Kələki kəndlərində selə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel nəticəsində yaşayış evlərinə, təsərrüfat sahələrinə və avtomobillərə ciddi ziyan dəyib.
Hazırda Ordubad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları ərazidədirlər. Selin yaratdığı fəsadların aradan qaldırılması, vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.