Salyanda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB VİDEO
Salyan, 23 oktyabr, AZƏRTAC
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) bu gün saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
16:23
Salyan rayonunda minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınan yol qəzası zamanı "VAZ" və "BMW" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb. Xəsarət alanlar Atakişi Hüseynov, Mələysuma Hüseynova, Nurlan Məmmədov, Günel Məlikova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə