Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
“SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda iştirak edən Türkiyə və Özbəkistan nümayəndə heyətləri Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qonaqlara Zəfər parkı və Zəfər tağı kompleksi barədə məlumat verib.
Nümayəndə heyətləri Qarabağ Universitetində də olublar.