Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib VİDEO
Tovuz, 24 oktyabr, AZƏRTAC
Tovuzda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə 7 aylıq uşaq qapı bağlanaraq evdə qalıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Azyaşlı FHN əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, azyaşlının səhhətində heç bir problem yoxdur.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu