Həkim Mina Mustafayeva: Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin fəaliyyəti genişlənir VİDEO
Ayzenax, 25 oktyabr, AZƏRTAC
Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) Ayzenax şəhərində keçirilən altıncı konfransına 150-dən çox həkim və tibb işçisi qatılıb. Ötən illə müqayisədə iştirakçıların sayında ciddi artım var və bu, AMD üçün böyük uğurdur.
Bunu AZƏRTAC-a açıqlamasında Birliyin İdarə Heyəti sədrinin müavini, Auqsburq şəhərində klinika rəhbəri Mina Mustafayeva bildirib.
AMD-nin fəaliyyətində şəbəkələşmənin əsas hədəflər arasında yer aldığını vurğulayan sədr müavini bu istiqamətdə ardıcıl işlərin görüldüyünü qeyd edib. AMD-nin Berlində keçiriləcək Azərbaycan-Alman Tibb Günlərinin təşkilatçıları arasında yer aldığını vurğulayan M.Mustafayeva bildirib ki, Birliyin İdarə Heyətinin bir neçə üzvü həmin tədbirin təşkilində iştirak edir.
“Fəaliyyətimizin əsas uğurlarından biri də odur ki, Almaniyada bu sahədə fəaliyyət göstərən bir sıra qurum və təşkilatlarla fəal əməkdaşlıq qura bilmişik. Azərbaycanlı həkimlərin birliyi olaraq bu istiqamətdə əməkdaşlığı genişləndirmək böyük uğurdur. AMD fəaliyyətini uğurla davam etdirir və sıralarımıza yeni üzvlərin qatılmasından məmnunuq”, - deyə M.Mustafayeva qeyd edib.