Elşən Qarayev: Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin fəaliyyətinə maraq getdikcə artmaqdadır VİDEO
Ayzenax, 25 oktyabr, AZƏRTAC
Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) artıq altıncı illik konfransını keçiririk və bu tədbirlərdə iştirakçıların sayının artmasını görmək olduqca sevindiricidir. AMD-nin fəaliyyətinə təkcə azərbaycanlı tibb işçiləri deyil, Almaniyanın səhiyyə sistemini təmsil edən mütəxəssislər də maraq göstərirlər. Bu da birliyin inkişafının və uğurlu fəaliyyətinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında AMD-nin İdarə Heyətinin üzvü, nüvə təbabəti sahəsində fəaliyyət göstərən həkim Elşən Qarayev bildirib.
"AMD-nin əsas məqsədlərindən biri Almaniyada çalışan azərbaycanlı həkimlərin bu ölkənin səhiyyə sisteminə inteqrasiyasına dəstək olmaq, eyni zamanda, Azərbaycan və Almaniya səhiyyəsi arasında körpü rolunu oynamaqdır. AMD bu hədəf istiqamətində uğurla fəaliyyət göstərir", – deyə o qeyd edib.