İzabel Berune: Gənclərimizin qlobal miqyasda mübarizə aparması bizim üçün böyük qürur mənbəyidir VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Gənclərimizin qlobal miqyasda mübarizə aparması bizim üçün böyük qürur mənbəyidir
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Kanakinin Loyalite adaları İdman Komissiyasının vitse-prezidenti İzabel Berune deyib.
O bildirib ki, kiçik ölkə olmalarına baxmayaraq, gənclərin dünya səviyyəli yarışda mübarizə aparması, digər ölkələrin həmyaşıdları ilə qarşılaşması və özlərini layiqincə təmsil etməsi böyük qürurdur: "Biz buraya gənclərimizi dəstəkləmək, onlara yoldaşlıq etmək və ruhlandırmaq üçün gəlmişik. Bu cür qlobal miqyaslı turnirlərdə iştirak etmək idmançılarımızın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır".