Kanaki nümayəndəsi: Azərbaycan kimi tərəfdaşla əlaqələrin qurulması mühüm əhəmiyyət daşıyır VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Kanaki hazırda dekolonizasiya prosesindən keçir. Bu baxımdan, Azərbaycan kimi tərəfdaşla əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kanaki (Yeni Kaledoniya) və MaʻohiNui (Fransız Polineziyası - Tahiti) ərazilərindən Azərbaycana səfər edən ictimai-siyasi fəallardan ibarət nümayəndə heyətinin üzvü İsabelle Serai Kaloi deyib.
O qeyd edib ki, bu əməkdaşlıq Kanakinin suverenliyə nail olmaq istiqamətində apardığı mübarizəyə dəstək baxımından xüsusi vacibdir.
“Burada iştirakımızın əsas məqsədlərindən biri Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalında iştirak edən gənclərin hazırlanmasının və onların dəstəklənməsinin vacibliyini vurğulamaqdır. Çünki gənclər hər bir ölkənin gələcəyi və inkişafının əsas təminatıdır”, - deyə nümayəndə vurğulayıb.