Azərbaycan Dövlət İnformasiya Agentliyi

4SİM-in icraçı direktoru: Rəqəmsal transformasiya və insan kapitalı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindəndir – MÜSAHİBƏ VİDEO

4SİM-in icraçı direktoru: Rəqəmsal transformasiya və insan kapitalı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindəndir – MÜSAHİBƏ VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və əmək bazarının müasir tələblərinə uyğun mütəxəssislərin hazırlanması ölkənin rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov səsləndirib. Müsahibəni təqdim edirik.

- Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ölkə iqtisadiyyatı və rəqəmsal transformasiya baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Beynəlxalq İnvestisiya Forumu kimi tədbirlərdə dövlət nümayəndələri, özəl şirkətlərin rəhbərləri, iri beynəlxalq şirkətlərin təmsilçiləri, regional oyunçular və yerli nümayəndələr iştirak edirlər. Forum minlərlə iştirakçını bir araya gətirərək müxtəlif sahələr üzrə əməkdaşlıq və investisiya imkanlarının müzakirəsi üçün platforma yaradır.

Əsas məqamlardan biri Azərbaycanın müxtəlif sektorlara investisiyaların cəlb edilməsi istiqamətində atdığı addımlardır. Rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzlərinin qurulması, əczaçılıq, kənd təsərrüfatı, enerji və digər sahələri əhatə edən sənədlərin imzalanması ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir. Bununla yanaşı, yalnız ölkəmizə investisiyaların cəlbi yox, eyni zamanda Azərbaycanın da hüdudlarımızdan kənarda xarici ölkələrdə müxtəlif sektorlara investisiya yatırımlarının edilməsindən bağlıdır.

Belə platformalarda maliyyə institutları, dövlət qurumları və özəl təşkilatlar bir araya gələrək həm cari dövr, həm də gələcək üçün investisiya imkanlarını müzakirə edirlər.

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yoluna, iqtisadi artıma və əldə olunan nailiyyətlərə toxundu, rəqəmsal iqtisadiyyatın ölkəmiz üçün əhəmiyyətini vurğuladı.

Azərbaycanın enerji sektorunda əldə etdiyi nəticələr, data mərkəzlərinin elektrik enerjisi ilə təminatı imkanları və bu sahədə gələcək inkişaf perspektivləri də diqqətə çatdırıldı.

Dövlət başçısı, eyni zamanda, təhsilin, insanların bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini vurğuladı. Bu yanaşma təbii resurslardan əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəldilməsi baxımından da mühüm məna daşıyır. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi olaraq forumu bizim üçün də əhəmiyyətli platforma hesab edirik. Çünki burada rəqəmsal transformasiya və innovasiya sahələrində yeni əməkdaşlıq imkanları müzakirə olunur.

Forum çərçivəsində “Oracle” və “Microsoft” kimi beynəlxalq texnologiya şirkətləri ilə imzalanmış sənədlər Azərbaycanda yeni rəqəmsal infrastrukturun yaradılması baxımından mühüm addımlardır. Bu təşəbbüslər ölkədə rəqəmsal iqtisadiyyatın genişlənməsinə, yeni iş imkanlarının formalaşmasına və əmək bazarının inkişafına töhfə verə bilər.

Ümid edirəm ki, növbəti illərdə keçiriləcək investisiya forumlarında bu sənədlərin real nəticələrini və iqtisadiyyatımıza verdiyi töhfələri daha aydın görəcəyik.

- Forumun sonuncu sessiyasında əsas mövzulardan biri insan kapitalının inkişafı olub. Sizcə, Azərbaycanda rəqəmsal iqtisadiyyatın davamlı inkişafı üçün hansı yeni bacarıqlara ehtiyac var?

- Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə xüsusi şura yaradılıb. Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir və burada müxtəlif dövlət qurumları təmsil olunur. Bu istiqamətdə rəqəmsal infrastrukturun inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və insan kapitalının gücləndirilməsi ilə bağlı 75-dən çox tədbir müəyyən edilib. Həmin addımlar dövlət qurumları arasında əməkdaşlığı, özəl sektorun cəlb olunmasını, infrastrukturun inkişafını, eyni zamanda, süni intellektin inkişafını, rəqəmsal sahənin sürətləndirilməsini və xüsusilə insan kapitalının inkişafı ilə bağlı tədbirləri və hədəfləri əhatə edir.

Bununla yanaşı, Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası da ötən il ölkə rəhbəri tərəfindən qəbul olunub. Bu strategiya çərçivəsində 40 mindən çox dövlət qurumu əməkdaşının maarifləndirilməsi, minlərlə sənaye subyektinin və sahibkarın işçilərinin bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.

“Coursera”, “LinkedIn” və “OpenAI” kimi böyük şirkətlərlə əməkdaşlıq nəticəsində Azərbaycanda müxtəlif sahələrdə insan kapitalının inkişafına yönəlmiş proqramların yaradılması, xaricdə təhsil imkanlarının genişləndirilməsi, data elmi, analitika və proqramlaşdırma istiqamətlərində azərbaycanlıların təhsil alması da bu istiqamətdə mühüm addımlardır.

Eyni zamanda, əmək bazarının tələbləri mütəmadi təhlil edilməli, mövcud ehtiyaclara uyğun yeni proqramlar hazırlanmalı, beynəlxalq şirkətlərin iştirakı ilə müxtəlif intensiv təlim proqramlar təşkil olunmalı və bizim “7-dən 77-yə” dediyimiz həyatboyu öyrənmə konsepsiyası tətbiq edilməlidir. Çünki dördüncü sənaye inqilabının baş verdiyi dövrdə texnologiyalar çox sürətlə inkişaf edir və bu dəyişikliklər insanların peşə fəaliyyətinə, eləcə də əmək bazarına birbaşa təsir göstərir.

Qlobal proqnozlara əsasən, süni intellekt və digər yeni texnologiyalar milyonlarla yeni iş yerinin yaranmasına şərait yarada, eyni zamanda bəzi mövcud iş yerlərini və peşələrə olan tələbatı dəyişdirə bilər. Bu, qarşımızda ciddi vəzifələr qoyur.

Biz yalnız məktəb, peşə və ali təhsillə kifayətlənməməliyik. İnsanların həyatboyu öyrənməsini, bilik və bacarıqlarını davamlı şəkildə yeniləməsini dəstəkləyən proqramlar hazırlamalıyıq.

Çünki dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə texnologiyalar həddindən artıq sürətlə inkişaf edir.

Qlobal statistikaya görə, süni intellektin 170 milyon yeni iş yeri yaradacağı, 90 milyondan çox iş yerinin isə aradan qalxacağı proqnozlaşdırılır. 2030-cu ilə qədər bilik və bacarıqların təxminən 40 faizinin süni intellektin təsiri ilə dəyişəcəyi gözlənilir. Bu o deməkdir ki, qarşımızda böyük çağırışlar var. Biz yalnız məktəb, peşə və ali təhsillə kifayətlənməməliyik. İnsanlarımızın həyatboyu öyrənməsini, öz bilik və bacarıqlarını, səriştələrini davamlı inkişaf etdirməsini dəstəkləyən proqramlar hazırlamalıyıq.

Dövlətimiz də bu istiqamətdə bir sıra yeni strategiyalar, sənədlər və dövlət proqramları hazırlayıb. İnanıram ki, rəqəmsal bacarıqların inkişafı, müasir texnologiyaların tətbiqi və insan kapitalına investisiyaların artırılması Azərbaycanın rəqəmsal iqtisadiyyatının daha da genişlənməsinə töhfə verəcək.

Müxbir – Pərvanə Qafarova
Fotoqraf – Azər İbrahimov
Videooperator - Ələkbər Baxşıyev

 

4SİM-in icraçı direktoru: Rəqəmsal transformasiya və insan kapitalı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindəndir – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Almaniya şirkəti: Azərbaycandakı istehsalçılara xarici məhsullardan asılılığın aradan qaldırılması istiqamətində yardım göstəririk

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb VİDEO

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb VİDEO

® “Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında toplayıb