Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15, gündüz 18-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.