Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Biz dayanıqlı inkişafı dəstəkləyən, yerli icmaların öz təşəbbüslərini hazırlamasına və həyata keçirməsinə imkan verən mexanizmlərdən istifadə edirik. Bu istiqamətdə BMT-nin İnkişaf Proqramı ilə birgə layihələrimiz mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-ci görüşünün xüsusi birgə sessiyasında çıxışı zamanı deyib.
"Biz islamofobiya ilə mübarizə sahəsində də birgə fəaliyyət planı hazırlayırıq. Bu cür mexanizmlər forum çərçivəsində əldə olunan razılaşmaların sonrakı mərhələdə konkret fəaliyyətə çevrilməsinə və əməkdaşlığın gücləndirilməsinə kömək edə bilər. Düşünürəm ki, əsas məqsədimiz bu təşəbbüsləri birgə həyata keçirmək, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və daha yaxşı gələcək naminə ümumi öhdəliyimizi gücləndirməkdir".