Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Qırğız Respublikası mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir. Gənclərin dəstəklənməsi, sənətşünaslığın inkişafı və arxivlərin qorunması mədəni irsin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının açılış mərasimindəki çıxışında səsləndirib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan və Qırğızıstan hər zaman dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə malikdir.
“Qırğız Respublikası gənclər arasında mübadilənin genişləndirilməsinə və süni intellektin imkanlarından istifadəyə açıqdır. Sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin qorunması və daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə Mirbek Mambataliyev əlavə edib.