Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO
Kiyev, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 26-sı axşam saatlarında və oktyabrın 27-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, axşam saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb.
Hava hücumu zamanı Kiyevin sağ və sol hissələrini birləşdirən “Cənub” körpüsü dağılıb, körpüdə hərəkət dayandırılıb.
Həmçinin metronun “Lesnaya” stansiyasına, Kiyev Dövlət Ticarət-İqtisadiyyat İnstitutun binası və yataqxanasına ziyan dəyib.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində bir nəfər həlak olub, 20-yə yaxın insan isə xəsarət alıb. Ümumilikdə Kiyevə 16 ballistik raket atılıb.
AZƏRTAC hadisə yerindən foto və videoreportajı təqdim edir.