Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində növbəti əmək yarmarkası təşkil edib. Yarmarkanın keçirilməsində məqsəd işsiz və işaxtaran vətəndaşlarla işəgötürənlərin görüşünün təşkil edilməsi, real bazardakı vakansiyaların onlara təqdim olunması və bu vakansiyalar vasitəsilə vətəndaşların işlə təmin edilməsinə dəstək göstərməkdir.

AZƏRTAC-ın tədbirin açılış mərasimində iştirak edən əməkdaşları xəbər verir ki, budəfəki əmək yarmarkasında 150 müəssisə tərəfindən 1000-dən artıq vakansiya təqdim olunub.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev əmək yarmarkalarının vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, mövcud vakansiyalar barədə məlumatlandırılması və işəgötürənlərlə birbaşa əlaqələrinin qurulması baxımından əhəmiyyətini qeyd edib. O, aktiv məşğulluq tədbirlərinin təşkilində Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının əhalinin məşğulluğunun təmin edilməsində effektiv alətlərdən biri olduğunu bildirib. Nazir müavini cari ildə də 200-ə yaxın əmək yarmarkasının keçirildiyini, bu aktiv məşğulluq tədbirlərinin işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, vakansiyalar barədə məlumatlılığın artırılmasına imkan yaratdığını vurğulayıb.

Daha sonra stendlərə yaxınlaşan rəsmilər və vətəndaşlar vakansiyalarla tanış olublar.

Şirkətlərdən birinin işə qəbul üzrə mütəxəssisi Səbinə Osmanova AZƏRTAC-a açıqlamasında deyib ki, əmək yarmarkasında ikinci dəfə iştirak edir: “Səkkiz vakansiya təqdim etmişik, namizədləri axtarırıq. Gün ərzində müxtəlif vakansiyalar üzrə müraciət edən uyğun namizədlərimiz olub. Günün sonunda ümumi qiymətləndirməyə əsasən onlarla əlaqə saxlayacağıq. Belə yarmarkalardan bizə müraciət edənlər arasında uyğun namizədlər olur”.

Məşhur elektronika şirkətində işə qəbul üzrə aparıcı mütəxəssis olan Bəşir Vəliyev AZƏRTAC-a bildirib ki, əvvəllər də əmək yarmarkalarında iştirak edib. “Müraciət edən namizədləri müsahibəyə dəvət edirik. Onlardan daha uyğun olanları işə cəlb edirik”, - deyə o vurğulayıb.

Tanınmış mağazalar şəbəkəsinin insan resursları üzrə mütəxəssisi Səidə Ağayeva təmsil etdiyi qurumun bütün əmək yarmarkalarında aktiv iştirak etdiyini, müraciət edənlərdən bəzilərinin işə qəbul olunduğunu diqqətə çatdırıb. O, həmçinin deyib ki, işaxtaranlar yeni texnologiyaya və əmək bazarına uyğunlaşmalı, özlərini inkişaf etdirməlidirlər.

Dövlət proqramı ilə Almaniyada təhsil alan Ülvi Həsənov isə ikinci dəfə əmək yarmarkasına gəldiyini bildirib: “Maraqlı, potensial olaraq gələcəkdə işim ola biləcək vakansiyalar var. Başlanğıc üçün maaş önəmli deyil. Növbəti mərhələlər üçün iş yerinin potensialı, karyera imkanları vacibdir”.

Xaricdə təhsil alaraq Vətənə dönən gənclərdən biri olan Leyla Əkbərova yarmarkada əsasən data analitikası ilə maraqlandığını vurğulayıb: “Data analitikası sahəsində, kompüter mühəndisliyi ilə bağlı təhsil almışam. Bu sahədə əvvəllər işləmişəm”.

Əvvəllər şirkətlərdə mühafizəçi və digər işlərdə çalışdığını bildirən Cəlal Əbülhəsənov yarmarkaya iş tapmaqla bağlı böyük ümidlə qatıldığını diqqətə çatdırıb: “Dedilər ki, burada ilin ən böyük əmək yarmarkası keçirilir. İştirak etmək qərarına gəldim. Hər şey öz qaydasındadır”.

İyirmi ildən çox iş təcrübəsi olan Sevinc Mustafayeva da yarmarkada yeni iş yeri tapacağına inandığını qeyd edib: “İşlə əlaqədar yarmarkaya müraciət etmişəm. Bu gün böyük bir əmək yarmarkası olduğuna görə buraya gəlmişəm”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ramal Quluzadə jurnalistlərə açıqlamasında əmək yarmarkalarında müxtəlif istiqamətlər üzrə təlim proqramlarının, təqdimatların keçirildiyinə diqqət çəkib: “Bu, həm işaxtaranlarımızın sayı, həm təqdim edilmiş vakansiyaların sayının həcminə görə böyük bir yarmarkadır. Ümid edirik ki, bu yarmarkada həm iştirakçı sayı, həm də işlə təminetmə ilə bağlı nəticələr kifayət qədər yüksək olacaq. Təqdim edilmiş vakansiyalar isə həm dövlət, həm də qeyri-dövlət sektorunda kifayət qədər fərqli iqtisadi fəaliyyət növləri üzrə vakansiyalar təqdim edilib. Burada emal sənayesi, maliyyə-mühasibatlıq, bank sektoru, istehsalat və digər sahələr üzrə vakansiyalar təqdim olunub”.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib. Yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də keçirilib.

Müxbir - Nailə Həsənova

 

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bilal Dündar: Azərbaycanın enerji və nəqliyyat imkanları ölkənin beynəlxalq siyasi çəkisini artırır

® PAŞA Holding COP-da niyə iştirak edir?

Qazaxıstan yazıçısı: Hər bir ailə Qarabağda itkin düşmüş yaxınlarının taleyindən xəbər almaq hüququna malikdir

“Parla” proqramına bu il 2020 müraciət daxil olub

Orta Dəhliz Vyetnam üçün Avropa ilə ticarətin genişləndirilməsi istiqamətində yeni imkanlar açır - ŞƏRH

Ekspert: Ermənistan itkin düşmüş azərbaycanlıların axtarışı üzrə vədlərdən əməli addımlara keçməlidir

Ekspert: Azərbaycanın qlobal rəqəmsal xidmət arxitekturası liderlər səviyyəsində qurulub

Azərbaycan parataekvondoçusu: Dünya çempionu olmaq çox qürurverici hissdir

Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya

Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır

“ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc olunub

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda plenara tövsiyə edilib

Məcnun Məmmədov Culfada vətəndaşların müraciətlərini dinləyəcək

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Yoldaşlıq oyunu: Azərbaycanın U-20 millisi İraqa qalib gəlib

Məktəblərdə bullinq: problemin səbəbləri və psixoloji nəticələri

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Direktor: “Deepfake” təhlükələrinə qarşı rəqəmsal məzmunun idarə olunması gücləndirilməlidir

Fransada COVID-19-un yayılması sürətlənir

Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib

Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək

“Şaiq dünyasına vitraj baxışı” adlı sərgi açılıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri təhlil edilib

Vyetnamla əməkdaşlıq Azərbaycanın Asiya bazarlarına çıxışını genişləndirəcək ŞƏRH

“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir

Səməd Vurğunun ev-muzeyində qorunan nadir eksponatlar

Turxan Süleyman: Təhsil müəssisələrinin fəaliyyətinin planlaşdırılması diqqət mərkəzindədir

“Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” - beynəlxalq elmi konfrans YENİLƏNİB

Hafiz Səfixanov: Azərbaycanlı itkinlərlə bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

İlham Zəkiyev Qran-Pri turnirində çıxış edəcək

Sərdar Hacıyev: Torpağımızın münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir

® “Azərikard” finteklər üçün yeni imkanlar təqdim edib

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yolda məcburi dayanma qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir

® “INMerge” 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 min dollar qazanacaq

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi - Hoalo muzeyindən REPORTAJ

Ermənistanın humanitar əməkdaşlıq bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyət – RƏY

Nazirliyin sektor müdiri: Kolleclərə qəbul olunanlar arasında 61 yaşlı tələbə də var

Qarşılıqlı iqtisadi maraqlara və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Vyetnam münasibətləri - ŞƏRH

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

Naxçıvanda musiqi və incəsənət məktəbləri müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı konfrans keçirilib

Kolleclərə qəbul olunanların 74 faizi tam orta təhsilini bitirənlərdir

Ağdam bu gün böyük dirçəliş dövrünü yaşayır - ŞƏRH

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

Xüsusi təyinatlı kolleclərə qəbul planı 141,9 faiz yerinə yetirilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır - ŞƏRH

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

Hikmət Ərən: Ermənistan keçmişlə üzləşmə cəsarətini nümayiş etdirməlidir

Azərbaycanda sərnişindaşımada avtomobil nəqliyyatının payı təqribən 12 faiz artıb

57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

170 manat ödədi, 5130 manat sığorta ödənişi aldı

Kolleclərə 2026-2027-ci tədris ilində 22 mindən çox tələbə qəbul olunub

Yeni Azərbaycan Partiyası zamanla yenilənən siyasi irsdir - ŞƏRH

“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzadıb

Uşaq hüquqlarının qorunması cəmiyyətin ümumi məsuliyyətidir – Kukla Teatrında tədbir

Azərbaycanla Vyetnam arasında münasibətlər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir - RƏY

Uşaqdan-böyüyə hamının Ramiz Rövşəni

Ağcabədi gəncləri “Səyyar Gənclər Xidməti” çərçivəsində 5 günlük proqramda iştirak ediblər

Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır

COP31-də Afrikada su təhlükəsizliyinə diqqət çəkilib

® “Azercell”in “30 il səninlə” lotereyasında daha 14 abunəçi “iPhone 17 Pro”, 2 abunəçi isə “Toyota Corolla Cross” qazandı!

Almaniya və Avstriya “TikTok”un qitədəki biznesinin Avropanın nəzarətinə verilməsini təklif edir

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur VİDEO

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur VİDEO

Bu ilin 10 ayında Azərbaycanda daşınmış yüklərin həcmi açıqlanıb

Rəqəmsal həyatın ailəyə təsiri müzakirə olunub

® “Azərbaycan–Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib

Azərbaycanın qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoldaşlıq oyunu keçirəcək

Ağdam Dram Teatrının təqdimatında “Göyçək Fatma” tamaşası nümayiş olunub

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı enerji və nəqliyyat sahələrində yeni imkanlar açır – ŞƏRH

Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb

Turxan Süleyman: Kolleclərin ali təhsil müəssisələrinə inteqrasiyası nəzərdə tutulur

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycan əhalisinin sayı açıqlanıb

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Gələn ildən kənd təsərrüfatı sektoruna vergi dəstəyi davam etdiriləcək

Ağdamdakı bayram tədbirlərində “Qarabağ” stendi açılıb

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qubadlıdan olan vətəndaşlarla görüşüb

Aqil Abbas: Ruhumuzu işğal edə bilmədilər VİDEO

Aqil Abbas: Ruhumuzu işğal edə bilmədilər VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Bərdədə maarifləndirici aksiya: yeniyetmə və gənclərə narkotiklərin gizli təhlükələri izah olunub

Britaniya Avropa İttifaqı ilə “Brexit”dən sonrakı münasibətlərə dair razılığa gəlib

Arteta Saka və Subimendinin zədəsi ilə bağlı açıqlama verib

Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq

Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Yerli istehsalın təşviqində yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyənləşdirilir

Qaxın aqrar sektoruna iri investisiyalar yatırılır - layihə ərazilərinə baxış keçirilib

Almaniyada metal və elektrotexnika sənayesi işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə başlayıblar