Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Təxminən 30 il əvvəl musiqi iki ölkəni — Azərbaycanı və Norveçi bir araya gətirib. 1997-ci ildə Norveçin “SKRUK” xor kollektivi və Azərbaycan ifaçıları birgə “Landet vi kommer fra” (“Bizim gəldiyimiz ölkə”) musiqi layihəsini təqdim ediblər. Bu əməkdaşlıq iki musiqi mədəniyyətinin, ənənələrinin və yaradıcılıq dünyasının görüşünə çevrilib.
Təxminən üç onillikdən sonra AZƏRTAC-ın Bakı və Norveçdəki müxbirləri layihə iştirakçılarını axtarıb taparaq bu ideyanın necə yaranması, hansı çətinliklərin dəf olunması və musiqiçilərin hafizəsində nələrin həkk olunması ilə maraqlanıblar. 1997-ci ildə başlanan bu unudulmaz hekayə onların xatirələrində yenidən canlanır.
Müxbirlər - Nərgiz Cəfərli, Fidan Əlizadə
Operatorlar - Mir Rəsul Cəfərov, Namiq Abdullayev, Ələkbər Bəxşiyev