Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Naxçıvan, 29 oktyabr, AZƏRTAC

Torpağa bağlılıq, zəhmətə inam və bol məhsul ümidi… Şahbuz rayonunun kəndlərində payızlıq əkin mövsümü bu il daha geniş sahələri əhatə edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən illə müqayisədə şumlanmış torpaqların və payızlıq əkin sahələrinin əhəmiyyətli dərəcədə artması kənd təsərrüfatında fəallığın yüksəldiyini göstərir. Torpaq mülkiyyətçiləri və fermerlər əkin sahələrini genişləndirməklə yanaşı, məhsuldarlığın artırılmasına, təsərrüfatlarının inkişafına və öz istehsalları hesabına tələbatlarını ödəməyə çalışırlar. Rayonun Mahmudoba və Mərəlik kəndlərində apardığımız müşahidələr də göstərir ki, payızlıq əkin mövsümündə əsas hədəf torpaqdan səmərəli istifadə etmək, mövcud imkanları dəyərləndirmək və gələcək məhsul üçün möhkəm zəmin yaratmaqdır.

Şum sahələrinin artması əkinçilikdə fəallığı göstərir

Şahbuz rayonunda payızlıq əkin mövsümü çərçivəsində görülən işlər ötən illə müqayisədə müsbət dinamika ilə davam edir. Cari ildə rayonda 700 hektar sahədə şum aparılıb. Ötən il isə bu göstərici 248 hektar olub. Beləliklə, şumlanmış sahələrin həcmi 452 hektar artıb.

Payızlıq əkin sahələrində də nəzərəçarpan artım qeydə alınıb. Ötən il 41 hektar təşkil edən əkin sahəsi cari ildə 239,5 hektara çatıb. Bu, 198,5 hektar artım deməkdir. Suvarılan sahələrin həcmi isə ötənilki sıfır göstəricisindən cari ildə 3 hektara yüksəlib.

Rəqəmlər rayonda əkinçiliyin genişləndirilməsi istiqamətində görülən işlərin miqyasının artdığını göstərir. Şum sahələrinin böyüməsi yeni əkinlər üçün zəmin yaradır, torpaqdan istifadənin genişlənməsi isə kənd təsərrüfatı istehsalının artırılması baxımından əhəmiyyət daşıyır. Bu işlər, eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsinə töhfə verir.

Lakin əkinçilikdə uğur yalnız sahələrin genişləndirilməsi ilə ölçülmür. Torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə, gübrələmə, suvarmanın vaxtında təşkili və hava şəraiti də məhsuldarlığa birbaşa təsir göstərir. Elə kənd təsərrüfatı ilə uzun illərdir məşğul olan torpaq mülkiyyətçilərinin təcrübəsi də bunu təsdiqləyir.

Torpağın dilini bilən əkinçinin zəhməti

Şahbuz rayonunun Mahmudoba kənd sakini Turab Kərimovun əkinçilik təcrübəsi təxminən 30 ilə yaxındır. O, torpaqların özəlləşdirilməsindən sonra - 1997-ci ildən bu sahədə fəaliyyətini davam etdirib, hər il pay torpaqlarında və bələdiyyə ilə bağlanmış müqavilələr əsasında 5 hektara yaxın sahədə taxıl əkib. İllərin təcrübəsi ona torpağın xüsusiyyətlərini, hava şəraitinin və yağıntıların məhsula təsirini yaxından öyrədib.

Təsərrüfatçı deyir ki, müxtəlif illərdə hektardan 10–30 sentner arasında məhsul götürdüyü vaxtlar olub. Məhsuldarlığın dəyişməsi, əsasən, torpaq-iqlim şəraiti, torpağın bioloji xüsusiyyətləri və su təminatı ilə bağlıdır. Bu amillər nəzərə alınmadan yüksək məhsuldarlığa nail olmaq çətindir. Cari mövsümdə isə o, əkin sahəsini genişləndirib.

“Keçən il 2 hektar sahədə taxıl əkmişdimsə, bu il artıq 3 hektar sahədə əkin aparmışam. Şumlama işləri görülüb, toxum hazırdır. Dövlət tərəfindən verilən gübrəni götürəcəyəm. Toxumla birlikdə fosfor və digər gübrələri də torpağa verəcəyəm. Məqsədimiz yüksək məhsul əldə etməkdir”, – deyə təsərrüfatçı bildirir.

Ötənilki nəticələrdən danışan müsahibimiz həmin il hər hektardan 18 sentner taxıl götürdüyünü qeyd edir. Əvvəlki illərdə isə məhsuldarlıq daha yüksək olub. Yağıntıların miqdarı və su ehtiyatlarının vəziyyəti məhsulun həcminə ciddi təsir göstərir. 2026-cı ildə yağıntıların çox olması, çaylarda və digər su mənbələrində suyun mövcudluğu əkin sahələrinin suvarılmasına əlverişli şərait yaradıb.

Vaxtında suvarma aparılarsa, gübrələr düzgün tətbiq edilərsə və hava şəraiti əlverişli olarsa, əkinçi daha yüksək məhsul götürməyin mümkün olduğunu düşünür.

Taxılçılıq və heyvandarlıq bir təsərrüfatda birləşir

Şahbuz rayonunun Mərəlik kənd sakini İlham Həsənov da uzun illərdir kənd təsərrüfatı ilə məşğuldur. O, taxılçılıqla yanaşı, heyvandarlığı da inkişaf etdirərək təsərrüfatını daha səmərəli qurmağa çalışır. Əkin sahələrinin bir hissəsində arpa yetişdirməyə üstünlük verməsi də məhz bu məqsədlə bağlıdır.

Onun sözlərinə görə, ötən il 3,1 hektar sahədə əkin aparıb. Həmin sahənin 2 hektarında arpa, 1,1 hektarında isə buğda yetişdirib. Hektardan orta hesabla 23 sentner məhsul götürüb.

Cari ildə isə 3 hektar sahədə taxıl əkib. Bunun 0,75 hektarı arpa, qalan hissəsi isə buğdadır. Təsərrüfatçı əkin sahələrinin mövcud imkanlar daxilində daha da genişləndirilməsində maraqlıdır.

“Su problemimiz, demək olar ki, yoxdur. Hazırda əkin işlərini tam başa çatdırmamışıq. Torpağın hazırlanması işləri yekunlaşandan sonra suvarmaya başlayacağıq. Bu işlər başa çatan kimi su veriləcəyi bildirilib”, – deyə İlham Həsənov qeyd edir.

İlham Həsənovun təsərrüfatında taxılçılıq heyvandarlıqla sıx bağlıdır. O, altı baş iribuynuzlu mal-qara saxlayır və yetişdirdiyi arpadan heyvanların yemlənməsində istifadə edir. Bu baxımdan arpa onun üçün yalnız taxıl məhsulu deyil, həm də heyvandarlığın yem təminatında mühüm vasitədir.

“Çalışıram ki, əkin sahələrimi bir qədər də genişləndirim. Heyvandarlıqla da məşğulam. Məqsədim öz təsərrüfatımda istehsal etdiyim məhsullardan istifadə etməklə təsərrüfatımı inkişaf etdirməkdir. Arpaya üstünlük verməyim də bununla bağlıdır. Onu heyvanlarım üçün qüvvəli yem kimi istifadə edirəm”, – deyə kənd sakini bildirir.

Təsərrüfatçının bu yanaşması aqrar sahələrin bir-birini tamamlamasının əhəmiyyətini göstərir. Taxıl istehsalı heyvandarlığın yem təminatına kömək edir, heyvandarlıq isə ailə təsərrüfatının gəlir imkanlarını genişləndirir. Beləliklə, fermerlər mövcud resurslardan daha səmərəli istifadə etməyə, xərcləri azaltmağa və təsərrüfatlarının dayanıqlılığını artırmağa çalışırlar.

Məqsəd daha çox məhsul, daha dayanıqlı təsərrüfatdır

Şahbuz rayonunda payızlıq əkin sahələrinin genişlənməsi kənd təsərrüfatının inkişafına olan marağın artdığını göstərir. Şumlanmış sahələrin 248 hektardan 700 hektara, payızlıq əkinlərin isə 41 hektardan 239,5 hektara yüksəlməsi cari işlərin əvvəlki illə müqayisədə daha geniş miqyasda aparıldığını təsdiqləyir.

Mahmudoba və Mərəlik kəndlərində fəaliyyət göstərən təsərrüfatçıların fikirləri də göstərir ki, torpaq mülkiyyətçiləri qarşıdakı məhsul mövsümünə hazırlığı ciddi şəkildə davam etdirirlər. Biri uzunillik təcrübəsinə əsaslanaraq əkin sahəsini artırır, gübrələmə və suvarma tədbirlərinə diqqət yetirir, digəri isə taxılçılıqla heyvandarlığı uzlaşdıraraq təsərrüfatının yem təminatını öz istehsalı hesabına qurmağa çalışır.

Təbii ki, bol məhsul əldə etmək üçün əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, aqrotexniki qaydalara əməl olunması, su ehtiyatlarından səmərəli istifadə, keyfiyyətli toxum və gübrə təminatı da mühüm əhəmiyyət daşıyır. Havanın əlverişli keçməsi və suvarmanın vaxtında aparılması isə fermerlərin gözləntilərinin reallaşmasında əsas amillərdəndir.

Şahbuzda payızlıq əkin mövsümünün əsas mənzərəsi torpağa daha çox əmək sərf etmək, əkin sahələrini genişləndirmək və gələcək məhsul üçün indidən zəmin yaratmaqdır. Torpaq mülkiyyətçilərinin zəhməti, kənd təsərrüfatına marağın artması və Dövlət Proqramında müəyyənləşdirilən hədəflər bu istiqamətdə mühüm rol oynayır. Qarşıda duran əsas vəzifə genişlənən əkin sahələrini yüksək məhsuldarlıqla birləşdirmək, kənd təsərrüfatı istehsalını artırmaq və hər hektar torpaqdan maksimum səmərə əldə etməkdir. Çünki torpağa göstərilən qayğı və vaxtında görülən işlər yalnız bir mövsümün məhsulunu deyil, kənd təsərrüfatının gələcək inkişafını da müəyyənləşdirir.

Müxbir - Nail Əsgərov

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bilal Dündar: Azərbaycanın enerji və nəqliyyat imkanları ölkənin beynəlxalq siyasi çəkisini artırır

® PAŞA Holding COP-da niyə iştirak edir?

Qazaxıstan yazıçısı: Hər bir ailə Qarabağda itkin düşmüş yaxınlarının taleyindən xəbər almaq hüququna malikdir

“Parla” proqramına bu il 2020 müraciət daxil olub

Orta Dəhliz Vyetnam üçün Avropa ilə ticarətin genişləndirilməsi istiqamətində yeni imkanlar açır - ŞƏRH

Ekspert: Ermənistan itkin düşmüş azərbaycanlıların axtarışı üzrə vədlərdən əməli addımlara keçməlidir

Ekspert: Azərbaycanın qlobal rəqəmsal xidmət arxitekturası liderlər səviyyəsində qurulub

Azərbaycan parataekvondoçusu: Dünya çempionu olmaq çox qürurverici hissdir

Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya

Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır

“ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc olunub

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda plenara tövsiyə edilib

Məcnun Məmmədov Culfada vətəndaşların müraciətlərini dinləyəcək

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Yoldaşlıq oyunu: Azərbaycanın U-20 millisi İraqa qalib gəlib

Məktəblərdə bullinq: problemin səbəbləri və psixoloji nəticələri

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Direktor: “Deepfake” təhlükələrinə qarşı rəqəmsal məzmunun idarə olunması gücləndirilməlidir

Fransada COVID-19-un yayılması sürətlənir

Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib

Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək

“Şaiq dünyasına vitraj baxışı” adlı sərgi açılıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri təhlil edilib

Vyetnamla əməkdaşlıq Azərbaycanın Asiya bazarlarına çıxışını genişləndirəcək ŞƏRH

“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir

Səməd Vurğunun ev-muzeyində qorunan nadir eksponatlar

Turxan Süleyman: Təhsil müəssisələrinin fəaliyyətinin planlaşdırılması diqqət mərkəzindədir

“Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” - beynəlxalq elmi konfrans YENİLƏNİB

Hafiz Səfixanov: Azərbaycanlı itkinlərlə bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

İlham Zəkiyev Qran-Pri turnirində çıxış edəcək

Sərdar Hacıyev: Torpağımızın münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir

® “Azərikard” finteklər üçün yeni imkanlar təqdim edib

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yolda məcburi dayanma qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir

® “INMerge” 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 min dollar qazanacaq

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi - Hoalo muzeyindən REPORTAJ

Ermənistanın humanitar əməkdaşlıq bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyət – RƏY

Nazirliyin sektor müdiri: Kolleclərə qəbul olunanlar arasında 61 yaşlı tələbə də var

Qarşılıqlı iqtisadi maraqlara və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Vyetnam münasibətləri - ŞƏRH

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

Naxçıvanda musiqi və incəsənət məktəbləri müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı konfrans keçirilib

Kolleclərə qəbul olunanların 74 faizi tam orta təhsilini bitirənlərdir

Ağdam bu gün böyük dirçəliş dövrünü yaşayır - ŞƏRH

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

Xüsusi təyinatlı kolleclərə qəbul planı 141,9 faiz yerinə yetirilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır - ŞƏRH

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

Hikmət Ərən: Ermənistan keçmişlə üzləşmə cəsarətini nümayiş etdirməlidir

Azərbaycanda sərnişindaşımada avtomobil nəqliyyatının payı təqribən 12 faiz artıb

57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

170 manat ödədi, 5130 manat sığorta ödənişi aldı

Kolleclərə 2026-2027-ci tədris ilində 22 mindən çox tələbə qəbul olunub

Yeni Azərbaycan Partiyası zamanla yenilənən siyasi irsdir - ŞƏRH

“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzadıb

Uşaq hüquqlarının qorunması cəmiyyətin ümumi məsuliyyətidir – Kukla Teatrında tədbir

Azərbaycanla Vyetnam arasında münasibətlər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir - RƏY

Uşaqdan-böyüyə hamının Ramiz Rövşəni

Ağcabədi gəncləri “Səyyar Gənclər Xidməti” çərçivəsində 5 günlük proqramda iştirak ediblər

Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır

COP31-də Afrikada su təhlükəsizliyinə diqqət çəkilib

® “Azercell”in “30 il səninlə” lotereyasında daha 14 abunəçi “iPhone 17 Pro”, 2 abunəçi isə “Toyota Corolla Cross” qazandı!

Almaniya və Avstriya “TikTok”un qitədəki biznesinin Avropanın nəzarətinə verilməsini təklif edir

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur VİDEO

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur VİDEO

Bu ilin 10 ayında Azərbaycanda daşınmış yüklərin həcmi açıqlanıb

Rəqəmsal həyatın ailəyə təsiri müzakirə olunub

® “Azərbaycan–Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib

Azərbaycanın qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoldaşlıq oyunu keçirəcək

Ağdam Dram Teatrının təqdimatında “Göyçək Fatma” tamaşası nümayiş olunub

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı enerji və nəqliyyat sahələrində yeni imkanlar açır – ŞƏRH

Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb

Turxan Süleyman: Kolleclərin ali təhsil müəssisələrinə inteqrasiyası nəzərdə tutulur

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycan əhalisinin sayı açıqlanıb

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Gələn ildən kənd təsərrüfatı sektoruna vergi dəstəyi davam etdiriləcək

Ağdamdakı bayram tədbirlərində “Qarabağ” stendi açılıb

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qubadlıdan olan vətəndaşlarla görüşüb

Aqil Abbas: Ruhumuzu işğal edə bilmədilər VİDEO

Aqil Abbas: Ruhumuzu işğal edə bilmədilər VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Bərdədə maarifləndirici aksiya: yeniyetmə və gənclərə narkotiklərin gizli təhlükələri izah olunub

Britaniya Avropa İttifaqı ilə “Brexit”dən sonrakı münasibətlərə dair razılığa gəlib

Arteta Saka və Subimendinin zədəsi ilə bağlı açıqlama verib

Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq

Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Yerli istehsalın təşviqində yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyənləşdirilir

Qaxın aqrar sektoruna iri investisiyalar yatırılır - layihə ərazilərinə baxış keçirilib

Almaniyada metal və elektrotexnika sənayesi işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə başlayıblar