Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı milli ideologiyanın qorunması, azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması baxımından mühüm məsələləri gündəmə gətirib. Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması və ideoloji yanaşmaların müasir çağırışlara uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu fikirləri siyasi şərhçi Aqşin Kərimov AZƏRTAC-a müsahibəsində səsləndirib. Daha ətraflı videomüsahibədə izləyə bilərsiniz.