“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, eləcə də Şri-Lanka Demokratik Sosialist Respublikasının Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlərə Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində imza atılıb.
Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Taqiyev