Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Bu sammit bizim üçün də gözlənilməz və xoş mənada təəccüblü oldu. Belə ki, BMT Baş katibinin müavini “ASAN xidmət” modelinin dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfəyə görə Azərbaycan dövlətini xüsusi təşəkkürnamə ilə təltif etdi. Bu, həqiqətən də bizim üçün qürurvericidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Gələcəkdə “ASAN xidmət” modelinin ixracı məsələsinə toxunan Ü.Mehdiyev qeyd edib: “Həm Avropadan, həm Asiyadan, həm Afrikadan, həm də Amerikadan olan ölkələr rəsmi şəkildə bizə müraciət ediblər. Biz həmin ölkələrlə işçi səviyyəsində əməkdaşlıq edirik ki, orada da “ASAN” modeli əsasında xidmət mərkəzləri qurulsun”.