“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO
Ağdam, 5 noyabr, AZƏRTAC
Ağdam şəhərində keçirilən “Zəfər naminə – Birlik Kuboku” minifutbol turniri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin final qarşılaşmasında “Xocavənd” və “Agro-Lid” MMC komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Xocavənd” komandası rəqibini 5:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Qalib komandaya kubok və hədiyyələr təqdim edilib.
17:10
Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər naminə – Birlik Kuboku” adı altında Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən komandalardan ibarət minifutbol turniri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə “Ağdam”, “Füzuli”, “Xocavənd”, “Mübariz”, “İmarət”, “Ağdam Təhsil”, “Zəfər Bağları MMC” və “Agro- Lid MMC” olmaqla, ümumilikdə 8 komanda iştirak edir.
Turnirin keçirilməsində əsas məqsəd Zəfər Gününün ruhuna uyğun olaraq birlik və həmrəyliyin təşviqi, müxtəlif müəssisə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.
Müxbir - Tahir Ağaməmmədov