Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Biz Zəngilana qayıdacağıq” – illərlə yaşayan ümid Zəfərlə doğma yurda qayıdışa çevrildi VİDEO

Zəngilan, 6 noyabr, AZƏRTAC

Zəngilanın firavan günlərindən müharibənin ağrı-acısına, uzun illər davam edən yurd həsrətindən doğma şəhərə Zəfərlə qayıdışa qədər uzanan bir ömür yolu. Soltan Quliyev və həyat yoldaşı Tərlan Quliyeva üçün Zəngilan təkcə xoş xatirələrlə dolu doğma yurd deyil, həm də illərlə qəlblərində yaşatdıqları qayıdış arzusunun gerçəkləşdiyi müqəddəs məkandır. 1993-cü ildə ağır şəraitdə doğma torpaqlarını tərk edən ailə uzun illər məcburi köçkünlük həyatı yaşayıb. Bu gün isə onlar Zəngilan şəhərində yenidən qurulan həyatın sevincini dadırlar.

AZƏRTAC-ın bölgə müxbiri Zəngilan şəhərində yaşayan Quliyevlər ailəsinin qonağı olub, onların həyat hekayələrini dinləyib.

Soltan Quliyev deyir ki, Zəngilanda ailəsinin çox firavan günləri olub. On nəfərlik ailənin doğma yurddan ayrılması isə həyatlarının ən ağır sınaqlarından birinə çevrilib.

“Bizim Zəngilanda çox firavan günlərimiz olub. Müharibə başlayanda taleyimizin acı günlərini yaşadıq. Səhər saat 6-da həyəcan siqnalı verildi, artıq Zəngilana hücum başlamışdı. Doğma yurdumuzu məcburi şəkildə tərk etməli olduq. Əhalinin bir qismi Məmmədbəyli kəndi istiqamətinə, Araz çayının ətrafına yönəldi, biz isə Mincivan qəsəbəsinə tərəf getdik. Arazın suyunun səviyyəsi endirilmişdi və bizim yeganə yolumuz çayı keçmək idi. Əhali soyuq havada, çox ağır şəraitdə çayı keçməyə məcbur qaldı”.

İmişlidə bir gecə qaldıqdan sonra Bakıya yola düşən ailə Mehdiabadda yarımtikili məktəb binasında məskunlaşıb. Çətinliklərə baxmayaraq, ailənin qayıdış ümidi heç vaxt sönməyib. Soltan Quliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfəri qürurla izlədiklərini, Zəngilanın azad olunmasının isə onların həyatında yeni bir səhifə açdığını deyir: “Zəngilandan ən axırda çıxanlardan idik, torpaqlarımız azad olunanda isə şəhərə ilk qayıdanlardan olduq. Zəngilana qayıtmaq bizim üçün yenidən həyata gəlmək deməkdir. Bura gələndən özümü çox gümrah hiss edirəm. Şəhərimiz yenidən qurulub, yeni binalar inşa edilib, bütün şərait yaradılıb. Gözəl təbiəti, səfalı havası, büllur suları can dərmanıdır. İndi Zəngilanda yetişən min bir dərdə dərman olan meyvələri yenidən dadırıq. Büllur bulaqlarımızın suyundan içirik”.

Ailə mayın 13-dən doğma şəhərdə yaşayır. Soltan Quliyev deyir ki, artıq bayramlarını, sevinc dolu günlərini Zəngilanda qarşılayırlar. Şəhər Günü də onlar üçün xüsusi məna daşıyıb. Qarşıdan gələn Zəfər Günü, Yeni il və Novruzu və digər bayramları doğma yurdda qeyd etməyi səbirsizliklə gözləyirlər.

Evin xanımı Tərlan Quliyeva da unudulmaz xatirələrindən danışır. Onun sözlərinə görə, doğma yurdda bağ-bağatlı evləri, təsərrüfatları, müxtəlif növ meyvə ağacları olub. Lakin 1993-cü ildə həmin gözəl günlərdən ayrılmaq məcburiyyətində qalıblar. “Gecə saatlarında çox ağır vəziyyətdə Zəngilanı tərk etdik. Araz çayının Mincivan qəsəbəsi sahilinə yığışdıq. Uşaqlar yuxudan ayılıb qışqırır, ağlayırdı. Bir sözlə, acı faciə içərisində Araz çayını keçməli olduq. Həmin vaxt çayın ortasında qum adası var idi, oradan keçə bilmədik. Həyat yoldaşım nəhayət, gəlib bizə çatdı. Təxminən 60-70 nəfər maşının yük yerinə mindik və çayı keçdik. Güclü yağış yağırdı. Səhərə qədər Arazın kənarında qaldıq, hava işıqlaşanda İmişliyə tərəf yollandıq”.

Tərlan Quliyeva deyir ki, məcburi köçkünlük illərində həm yurd həsrəti, həm də ağır yaşayış şəraiti onları sınağa çəkib. Lakin həyat yoldaşının bir fikri ailənin ümidini daim inamda saxlayıb: “Çox ağır günlər yaşadıq. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən çətin şərait. Buna baxmayaraq, həyat yoldaşım gecə-gündüz bir söz deyirdi: ‘Biz Zəngilana qayıdacağıq”. Bizim də ümidimiz azalmırdı, inamla yaşayırdıq ki, nə vaxtsa doğma torpağımıza qovuşacağıq”.

Zəngilanın azad edilməsi xəbəri ailənin yaddaşında ən sevincli anlardan biri kimi qalıb. Tərlan Quliyeva həmin gün yaşadığı hissləri belə ifadə edir:

“Döyüşlər başlayanda Azərbaycan Ordusunun hər qələbə sevincini qürurla izləyirdik. Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsini elan edəndə sevincimizin həddi-hüdudu olmadı. Həmin vaxt mən və övladım xəstəxanada idik. Hamı bizi təbrik etməyə toplaşmışdı. Sevincimizdən ağlayırdıq. Sanki həmin an xəstəliyimi unutdum, sağaldım. Bu, əvəzsiz bir hiss idi...”.

Doğma yurda qayıdışdan sonra ailənin həyatında yeni bir mərhələ başlayıb. Tərlan Quliyeva şəhərdə yaradılan şəraitdən danışır. Zəngilan Şəhəri Gününü ilk dəfə doğma şəhərlərində qeyd etmələri isə onun üçün unudulmaz olub.

“Bir vaxtlar bizim üçün arzu idi ki, bayramlarımızı Zəngilanda qarşılayaq. Artıq o günlər gerçək olub. Zəngilan Şəhəri Gününü ilk dəfə doğma şəhərimizdə sevinclə qeyd etdik. Hər kəs bir-birini təbrik edir, sevinc dolu anlar yaşayırdı. Qarşıdan gözəl bayramı gəlir. Artıq bütün bayramlarımızı burada qeyd edəcəyik”.

Tərlan Quliyeva doğma torpağın hər qarışının onlar üçün müqəddəs olduğunu vurğulayır. “Bu torpaqların hər qarışı qanla azad olunub. Ona görə də bizim üçün müqəddəsdir. Bura gələndən güllər əkmişəm. Hər dəfə onlara baxanda gözlərim dolur, bu torpaq uğrunda şəhid olan qəhrəmanlarımızı xatırlayıram. Bu yerlərin hər qarışı bizim üçün əzizdir”.

Zəngilana qayıdış Quliyevalar üçün illərlə qəlblərində yaşatdıqları arzunun gerçəkləşməsidir. Bir vaxtlar doğma yurdun həsrəti ilə yaşadıqları günlər artıq geridə qalıb.

Müxbir-Aydın Yavərzadə

“Biz Zəngilana qayıdacağıq” – illərlə yaşayan ümid Zəfərlə doğma yurda qayıdışa çevrildi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellekt əsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub