Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu VİDEO

Naxçıvan, 7 noyabr, AZƏRTAC

Bəzən bir ömrün taleyi uşaqlıqdan qurulan bir arzunun işığında yazılır. O arzu illər keçdikcə insanın amalına, həyat yoluna, ən böyük məqsədinə çevrilir. 1986-cı il sentyabrın 14-də Naxçıvan şəhərində dünyaya göz açan Sadiq Həsənovun da qəlbində hərbçi olmaq arzusu hələ uşaq yaşlarından kök salmışdı. Dayısının hərbi papağını başına qoyub şinelini geyindiyi o günlərdə başlayan arzu onu ömrünün sonunadək Vətənə xidmətə səslədi. Bu yolun sonunda isə onu ən uca zirvə – şəhidlik gözləyirdi. 2020-ci ilin Vətən müharibəsində 23 gün ərzində Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində döyüşərək bir sıra yaşayış məntəqələrinin azad edilməsində şücaət göstərən, Qubadlı rayonunun Balasultanlı kəndində canını Vətən uğrunda fəda edən Sadiq Həsənovun ömür yolu şəhidlik zirvəsində tamamlandı. O, bu gün doğmalarının qəlbində heç vaxt bitməyən həsrət, övladlarının yaddaşında əbədi qürur, xalqımızın qəhrəmanlıq salnaməsində isə Vətən sevgisinin və fədakarlığın rəmzi kimi yaşayır.

Şəhid Sadiq Həsənovun ailə üzvləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində onun uşaqlıq arzularından, hərbi xidmət illərindən, döyüş yolundan və geridə qoyduğu əzizlərinin qəlbində yaşatdığı silinməz izlərdən danışıblar.

Atası Əli Sadiqov oğlunun həyat yolunu xatırlayarkən onun hərbçi olmaq istəyinin uşaqlıqdan necə böyük bir sevgiyə çevrildiyini kövrək duyğularla dilə gətirir. “Mən Sadiq haqqında nə qədər danışsam da, az olar. Uşaq vaxtından hərbçi olmağı özü seçmişdi. Dayısı hərbçi idi. Gələndə onun papağını başına qoyar, şinelini geyinərdi. Çox mərd uşaq idi”, – deyə ata xatırlayır.

Uşaqlıq arzusu hərbi xidmətə, Vətən sevgisi qəhrəmanlığa çevrildi

Sadiq üçün hərbi sadəcə bir peşə deyil, uşaqlıqdan qəlbində böyütdüyü müqəddəs bir arzu idi. O, bu arzusunun ardınca gedərək 2000-ci ildə Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunur. Ardınca təhsilini Bakıda Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirir. Lakin ayağının altının düz olması onun hərbi xidmət yolunda ciddi maneəyə çevrilir. Oğlunun illərlə ürəyində yaşatdığı istəyin yarımçıq qalmasını qəbul edə bilməyən Əli Sadiqov Bakıya gedərək hərbi rəhbərliklə görüşür.

“Sadiq hərbçi olmaq üçün çox çalışmışdı. Mən də onun arzusunun gerçəkləşməsi üçün əlimdən gələni etdim. Sağ olsunlar, sözümü yerə salmadılar. Təhsilini başa vurduqdan sonra müxtəlif bölgələrdə xidmət etdi”, – deyə ata bildirir.

Beləliklə, uşaqlıqda hərbi papaq geyinərək başlayan arzu gerçəyə çevrilir. Sadiq Həsənov Tərtər, Füzuli, Naftalan, Gəncə və digər bölgələrdə hərbi xidmət keçir, mayor rütbəsinədək yüksəlir. Xidmət etdiyi ərazilərin əksəriyyəti döyüş bölgələri, qaynar nöqtələr olur. Vətənin keşiyində dayanan oğlunun yanında olmaq istəyən valideynləri imkan düşdükcə onun xidmət yerinə gedir, bəzən bir ay onunla birlikdə qalırlar. Hər dəfə ayrılıq olsa da, ailənin qəlbində bir təsəlli vardı: Sadiq öz arzusunu yaşayır, Vətənə xidmət edirdi.

Hərbi forma onun həyatının ayrılmaz parçası olsa da, Sadiq ailəsi üçün hər şeydən əvvəl qayğıkeş ata, diqqətcil həyat yoldaşı və doğmalarına bağlı bir insan idi. Onun həyatında Vətən sevgisi ilə ailə sevgisi bir-birini tamamlayırdı.

Sadiq Həsənov 2010-cu ildə Sona Fərəcova ilə ailə həyatı qurur. Həyat yoldaşı da onunla birlikdə hərbi xidmət etdiyi bölgələrə köçür, Tərtərdən başlayaraq Gəncə, Naftalan, Ordubad və Naxçıvanda birgə yaşayırlar. Sona Fərəcova həyat yoldaşının hərbçi həyatının çətinliklərini, tez-tez dəyişən yaşayış yerlərini, döyüş bölgələrinin narahatlığını və uzun ayrılıqlarını yaxından yaşayır. On il davam edən ailə həyatlarının böyük hissəsi hərbi hissələrdə, qaynar nöqtələrdə keçir.

“Onu ailə başçısı kimi, ailəsini sevən, uşaqlarına qayğı göstərən ata kimi xatırlayıram. Hərbçi olduğuna görə həyatımızın çox hissəsi xidmət etdiyi bölgələrdə keçib. Təxminən beş il onunla eyni yerdə yaşaya bilmişiksə, qalan vaxtlarda əsasən döyüş bölgələrində, qaynar nöqtələrdə xidmət edib”, – deyə Sona Fərəcova bildirir.

Son telefon danışığı və Balasultanlıda bitən ömür yolu

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Sadiq cəbhədə olsa da, ailəsini narahat etməmək üçün bunu onlara bildirmir. Həyat yoldaşı ilə əlaqə saxlayır, yaxşı olduğunu deyir, sanki hər şey əvvəlki qaydasındadırmış kimi onu arxayın etməyə çalışır.

“Danışanda məni inandırmağa çalışırdı ki, müharibədə deyil, öz iş yerindədir. Səhər və axşam eyni saatlarda əlaqə saxlayır, yaxşı olduğunu deyirdi. Sonuncu dəfə 2020-ci il oktyabrın 18-də danışdıq. Ondan sonra əlaqəmiz olmadı”, – deyə şəhidin həyat yoldaşı həmin günləri xatırlayarkən kövrəlir.

Bu, onların son telefon danışığı olur. Həyat yoldaşının səsi, söylədiyi sözlər, son dəfə “yaxşıyam” deməsi Sona Fərəcovanın yaddaşında əbədi qalır. O günlərdə Sadiq ailəsini qorumaq üçün həqiqəti gizlətsə də, əslində Vətənin azadlığı uğrunda ən ağır döyüşlərdən birində idi.

23 gün ərzində Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində döyüşərək bir sıra yaşayış məntəqələrinin azad edilməsində şücaət göstərən Sadiq Həsənov oktyabrın 20-də Qubadlı rayonunun Balasultanlı kəndində şəhid olur. Ailəsinə bu xəbər oktyabrın 21-də çatdırılır. Nəşi oktyabrın 24-də doğma Naxçıvana gətirilərək şəhər qəbiristanlığında torpağa tapşırılır. Uşaqlıqdan Vətənə xidmət arzusu ilə yaşayan Sadiq doğma torpağına bu dəfə şəhid kimi qayıdır.

Atası Əli Sadiqov isə oğlunun şəhid olduğunu əvvəlcə bilmir. Şəhərdən evə qayıdarkən qarşılaşdığı mənzərə onun həyatının ən çətin anlarından biri kimi yaddaşına həkk olunur.

“Şəhərdən qayıdanda gördüm ki, bir QAZ-69 dayanıb, içindən kiçik qardaşım düşdü. Elə həmin an hiss etdim ki, nəsə olub. Sadiq şəhid olanda hamı bilirdi, mən bilmirdim”, – deyə ata kövrək duyğularla danışır.

Ata üçün övlad itkisini sözlə ifadə etmək çətindir. Uşaqlıqda hərbi papaq geyinib böyüyən, arzusuna çatmaq üçün mübarizə aparan, Vətənin keşiyində dayanan oğlunun şəhidlik xəbərini eşitmək bir ömrün ən ağır sınağıdır. Ancaq bu ağrının içində bir qürur da var: Sadiq öz arzusu ilə seçdiyi yolda, Vətən uğrunda canından keçib.

Övladlarının qəlbində əbədi yaşayan qəhrəman ata

Sadiq Həsənov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülüb. O, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Şəhid ailələrinə göstərilən dövlət diqqəti və qayğısı Sadiqin ailəsini də əhatə edib. Həyat yoldaşı Sona Fərəcova iki övladı ilə birlikdə dövlət tərəfindən təqdim olunan üçotaqlı mənzildə yaşayır. Bu ev onun üçün Sadiqdən qalan ən qiymətli əmanətləri – övladlarını böyütdüyü, onların gələcəyini qurduğu, atasının xatirəsini yaşatdığı doğma ocaqdır.

“Bu evdə Sadiqin əmanətləri olan övladlarımı böyüdürəm. Çalışıram ki, atalarının adını daim uca tutsunlar, ona layiq övladlar kimi yetişsinlər”, – deyə Sona Fərəcova bildirir.

Sadiqin qız övladları üçün ata sevgisi zamanla azalmayan, əksinə, xatirələrdə daha da dərinləşən bir duyğudur. Onunla birlikdə keçirdikləri günlər, ailəvi səyahətlər, gülüşlər və unudulmaz anlar bu gün onların ən qiymətli yadigarına çevrilib. Atalarının yoxluğu hər zaman hiss olunsa da, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq qızlarının qəlbində böyük qürur yaradır.

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Lalə Həsənzadə atasını sevgi və qürurla xatırlayır: “Atamla çoxlu xatirələrimiz olub. Bir çox yerlərə səyahət etmişik. Atam gəzməyi çox sevirdi. Mən atamla fəxr edirəm. Bu gün Zəfər Gününü qeyd ediriksə, burada atamın da payı var”.

Digər qızı İnci Həsənzadə də atasının xatirəsini qəlbində yaşadır. Onun üçün Sadiq Həsənovun sevgisi, birlikdə keçirdikləri günlər və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq ömür boyu unudulmayacaq. Atasının adı onun həyatında həm sevgi, həm də məsuliyyət, həm də fəxr etdiyi böyük bir mirasdır.

Bu gün Sadiqin adı ailəsinin qəlbində sevgi ilə, övladlarının dilində qürurla, xalqımızın yaddaşında ehtiramla yaşayır. Onun ömrü yarımçıq qalsa da, uşaqlıq arzusu yarımçıq qalmadı. Çünki o arzu Vətənə xidmət idi. Bir vaxtlar dayısının hərbi papağını başına qoyan o balaca oğlan bu gün Vətən tarixinin qəhrəmanlarından biridir. Onun uşaqlıq arzusu şəhidlik zirvəsinə yüksəldi, adı isə tarixdə əbədi qaldı.

Müxbir- Nail Əsgərov

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Bayramlarla əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Rostropoviçlərin ev-muzeyində anım tədbiri - “Dostluğun və musiqinin harmoniyası”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Günü münasibətilə konsert proqramı təqdim edib

Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Zəfərdən elmi tərəqqiyə: azad edilmiş ərazilərin bərpasında elmi yanaşmaların rolu

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var

Zəfər salnaməsinin canlı şahidi: Kamran Şəfiyevin döyüş yolu və Vətən sevgisi

Zəfər Günü xalqımızın mübarizə əzminin, birliyinin və qəhrəmanlığının canlı təcəssümüdür ŞƏRH

Böyük Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin nəticəsi idi ŞƏRH

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bir şəhidin son məktubu, bir millətin Zəfər dastanı

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Sabah" legioner basketbolçu ilə vidalaşıb

® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib

Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək

DSX Zəfərin 6-cı ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

Kolumbiya mediasında Azərbaycanın Zəfər Günü və postmüharibə quruculuğu geniş işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Vətən müharibəsi iştirakçısı: Zəfərə gedən yolla bağlı xatirələr ömrüm boyu yaddaşımdan silinməyəcək

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

® ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi təşkil edilib

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

“Yeməyə dəyər”də bu dəfə yeməklər göbələkdən hazırlandı VİDEO

“Yeməyə dəyər”də bu dəfə yeməklər göbələkdən hazırlandı VİDEO

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO

8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO

Zəfərin ən böyük mənəvi nəticələrindən biri milli birliyin möhkəmlənməsidir - ŞƏRH

XRİTDX-nin şəxsi heyəti Zəfər Gününü qeyd edib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib

BDYPİ: Sürmə vərdişi olmadan velosiped idarə edən 62 yaşlı şəxs yol qəzasında həyatını itirdi

Vətən müharibəsinin xronikası: 7 noyabr

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Əqli Mülkiyyət Agentliyində Zəfər Günü qeyd edilib

Media əlaqələrinin gücləndirilməsi Azərbaycanla Çin arasında daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verəcək

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib VİDEO

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib VİDEO

Bəhreynin ingilisdilli qəzetində Zəfər Gününə həsr olunmuş məqalə dərc edilib

Pekində 7-ci Dünya Media Sammiti keçirilir VİDEO

Pekində 7-ci Dünya Media Sammiti keçirilir VİDEO

Bəhreyndə Zəfər Günü qeyd olunub

Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Mərakeşdə Azərbaycanın Zəfər Günü münasibətilə bayram konserti təşkil edilib

Reza Deqati: Qarabağ müharibəsində itkin düşənlərə həsr olunan kitabım noyabrın sonunadək nəşr ediləcək – Eksklüziv

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Zəfər Günü ilə əlaqədar Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkilib

Hüquq və ədalət mühakiməsində süni intellekt: proaktiv idarəetmə və alqoritmik risklər

Heydər Əliyev Beynəlxalq Aeroportunda şəhid övladları üçün Zəfər Günü tədbiri təşkil olunub

Misirdə Azərbaycanın Zəfər Günü qeyd edilib

Şahin İsmayılov: Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə qalib ölkənin nümayəndələri kimi iştirak etmək imkanı qazanıblar

İndira Hacıyeva: Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi mühüm məsuliyyətdir

Zəfərin fəlsəfəsi və gənclərin məsuliyyəti - Bakıda forum

Müqəddəsliyin uca zirvəsi

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu VİDEO

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu VİDEO

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Zaqatalada arıçılar bal yarmarkasına hazırlaşırlar

Dominikanda Zəfər Günü münasibətilə konsert təşkil edilib

Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib

Xətai rayonunda Zəfər konserti keçiriləcək

Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək

Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib VİDEO

NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb

“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb

Almaniyada 400 minədək metallurgiya və elektrotexnika işçisi tətilə qoşulub

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub

Rubio G7 sammitində iştirak etmək üçün Parisə gedəcək

İstanbulda Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə olunub

Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı