Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Ağdaş, 7 noyabr, AZƏRTAC

Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tədbirin xalqımız üçün əlamətdar günə – Zəfər Gününə təsadüf etdiyini vurğulayaraq, bu tarixi günün xalqımızın çoxillik arzularının gerçəkləşdiyi gün olduğunu qeyd edib. O, bu möhtəşəm Qələbəyə görə Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna və xalqımıza minnətdarlığını ifadə edib. İcra başçısı əlavə edib ki, bu festival artıq ənənəvi xarakter alaraq rayonun aqrar potensialının, milli-mədəni irsinin və turizm imkanlarının tanıdılmasına mühüm töhfə verir. Festivallar çərçivəsində kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilməklə fermerlərin məlumatlandırılması və aqrar sahəyə marağın artırılması hədəflənir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin şəhidlərimizin, qazilərimizin və rəşadətli Azərbaycan Ordusunun, xalqımızın fədakarlığı sayəsində mümkün olduğunu bildirib.

Nazir Məcnun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə aqrar sahənin inkişafı, o cümlədən meyvəçiliyin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib. Nazir dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara çatdırılmasının qarşıya məqsəd qoyulduğu diqqətə çatdırıb. Bildirib ki, Ağdaşın ənənəvi Heyva Festivalı rayonun aqrar potensialının, fermerlərin istehsal etdiyi məhsulların və müasir aqrar texnologiyaların nümayiş etdirilməsi baxımından mühüm platformadır.

Milli Məclisin deputatı Sahib Alıyev bu cür festivalların bağçılıq və meyvəçiliyin inkişafına, eləcə də ölkənin ixrac potensialının artırılmasına mühüm töhfə verdiyini bildirib. Ağdaşın tarixi ənənələrinə toxunan natiq rayonun qədim dövrlərdən ticarət və ipəkçilik mərkəzlərindən biri kimi tanındığını qeyd edərək, festivalın gələcəkdə daha geniş miqyas alacağına əminliyini ifadə edib.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Heyva Festivalı və Aqrar Biznes Festivallarının Zəfər Gününün 6-cı ildönümü və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə diqqət çəkib. O, festivalların kənd təsərrüfatının inkişafının, fermer və sahibkarların əməyinin, Azərbaycanın iqtisadi potensialının, ərzaq təhlükəsizliyinin və milli həmrəyliyinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Çıxışlardan sonra tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.

Bu il ikinci dəfə təşkil edilən Heyva Festivalında Ağdaşın meyvəçilik ənənələri, yerli istehsalı və zəngin milli-mədəni irsi nümayiş etdirilib, rayonda yetişdirilən heyvanın müxtəlif sortları, ondan hazırlanan mürəbbə, şirniyyat və digər kulinariya nümunələri iştirakçılara təqdim olunub. Festival proqramında milli folklor, musiqi və rəqs çıxışları, ustad dərsləri, xalq sənətkarlığı nümunələri və müxtəlif əyləncəli tədbirlər yer alıb.

Tədbir çərçivəsində texnoloji həllər, robot texnologiyaları, süni intellekt, startap layihələri və alternativ enerji istiqamətində yeniliklərə də yer verilib. Bu təqdimatlarda müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqi, rəqəmsal həllərin əhəmiyyəti və innovativ sahibkarlıq imkanlarının yaratdığı imkanlar diqqətə çatdırılıb.

Festival çərçivəsində yerli fermerlərin, istehsalçıların və sahibkarların məhsulları da nümayiş etdirilib. Ziyarətçilər kənd təsərrüfatı məhsulları ilə yaxından tanış olmaq, onların istehsal xüsusiyyətləri barədə məlumat əldə etmək və yerli məhsulları birbaşa istehsalçılardan almaq imkanı qazanıblar.

Tədbir çərçivəsində “Aqrar inkişafda rəqəmsal və yaşıl sinerji” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqi, innovativ həllərin istehsal proseslərinə inteqrasiyası, bərpaolunan enerji mənbələrindən istifadə imkanları və yaşıl iqtisadiyyata keçidin kənd təsərrüfatının dayanıqlı inkişafındakı rolu diqqət mərkəzində olub. Paneldə Ağdaş Rayon İcra Hakimiyyətinin, Aqrar İnnovasiya Mərkəzinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri spiker qismində iştirak edib, müzakirəyə “Digital Umbrella” şirkətinin nümayəndəsi moderatorluq edib.

Tədbirlə paralel təşkil edilən Aqrar Biznes Festivalında Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, eləcə də kənd təsərrüfatı təyinatlı məhsul və xidmətlər təqdim edən özəl şirkətlər iştirak ediblər. Şirkətlər öz məhsul və xidmətlərini, aqrar sahədə tətbiq olunan yenilikləri, fermer təsərrüfatlarının inkişafına yönəlmiş həlləri və sahibkarlar üçün təklif etdikləri imkanları festival iştirakçılarına nümayiş etdiriblər.

Müxbir- Rəşad Rəşidov

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub

I Aşıq Festivalının yekun konserti olub

Təbrizdəki baş konsulluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib

AZƏRTAC ilə Belarusun BELTA agentliyi arasında yeni əməkdaşlıq sənədi imzalanıb

Beyləqanda “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub

Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə qəbul keçirilib

“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi

Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir ŞƏRH

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub

Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Günü qeyd olunub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

Zəfər Gününün bizə aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir - ŞƏRH

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanın Zəfər Günü Haaqada qeyd olunub

Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

® NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib

Fransada təhsil işçiləri və tələbələr noyabrın 10-da yenidən küçələrə çıxacaq

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib

“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib

AHİK-də Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi” tədbiri təşkil olunub

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Naxçıvanda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası çərçivəsində 825 ədəd tut tingi əkilib

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

Şəhid gizir İsgəndər Museyiblinin qəhrəmanlığı ailəsinin və xalqımızın yaddaşında yaşayır

Zəfər Günü: tarixi ədalətin və birliyin təntənəsi

Gəncədə fəal gənclərin təşəbbüs və təklifləri dinlənilib

Niyazinin mənzil-muzeyində Zəfər Günü: vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim edilib

Xatirə Vəliyeva: Uşaqlığımın keçdiyi stadion bu gün mənim üçün xüsusi qürur və sevinc mənbəyidir

Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə elmi baxış

Ərzurumda Zəfər Günü münasibətilə konsert keçirilib

Tərtərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub

Zəfər Günü Eskişehirdə xüsusi proqramla qeyd edilib

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub

İşə yeni qəbul olunan vəkil köməkçilərinə tövsiyələr verilib

Zəfər quruculuq və Böyük Qayıdışla yaşadılır - ŞƏRH

Müharibə veteranı: Azərbaycan xalqının birliyi və Ordumuzun gücü tarixi Zəfərimizi təmin etdi

Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Bayramlarla əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Rostropoviçlərin ev-muzeyində anım tədbiri - “Dostluğun və musiqinin harmoniyası”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Günü münasibətilə konsert proqramı təqdim edib

Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub VİDEO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Zəfərdən elmi tərəqqiyə: azad edilmiş ərazilərin bərpasında elmi yanaşmaların rolu

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Zəfər salnaməsinin canlı şahidi: Kamran Şəfiyevin döyüş yolu və Vətən sevgisi

Zəfər Günü xalqımızın mübarizə əzminin, birliyinin və qəhrəmanlığının canlı təcəssümüdür ŞƏRH

Böyük Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin nəticəsi idi ŞƏRH

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bir şəhidin son məktubu, bir millətin Zəfər dastanı

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Sabah" legioner basketbolçu ilə vidalaşıb

® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib

Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək

DSX-də Zəfərin 6-cı ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

Kolumbiya mediasında Azərbaycanın Zəfər Günü və postmüharibə quruculuğu geniş işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib VİDEO

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Vətən müharibəsi iştirakçısı: Zəfərə gedən yolla bağlı xatirələr ömrüm boyu yaddaşımdan silinməyəcək

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib VİDEO

® ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi təşkil edilib

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub VİDEO

“Yeməyə dəyər”də bu dəfə yeməklər göbələkdən hazırlandı VİDEO

“Yeməyə dəyər”də bu dəfə yeməklər göbələkdən hazırlandı VİDEO

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO

8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO

Zəfərin ən böyük mənəvi nəticələrindən biri milli birliyin möhkəmlənməsidir - ŞƏRH

XRİTDX-nin şəxsi heyəti Zəfər Gününü qeyd edib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib

BDYPİ: Sürmə vərdişi olmadan velosiped idarə edən 62 yaşlı şəxs yol qəzasında həyatını itirdi

Vətən müharibəsinin xronikası: 7 noyabr

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib VİDEO

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Əqli Mülkiyyət Agentliyində Zəfər Günü qeyd edilib

Media əlaqələrinin gücləndirilməsi Azərbaycanla Çin arasında daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verəcək

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib VİDEO

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib VİDEO

Bəhreynin ingilisdilli qəzetində Zəfər Gününə həsr olunmuş məqalə dərc edilib