Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanın Zəfər Günü Azərbaycan Dillər Universitetində təhsil alan çinli müəllim və tələbələr üçün də əlamətdar çevrilib. Universitetin Konfutsi İnstitutunda tədbir keçirilib və Çin nümayəndələri bu əlamətdar tarix münasibətilə Azərbaycan xalqını həm Çin, həm də Azərbaycan dillərində təbrik ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib.
Onun sözlərinə görə, Pekin həmişə beynəlxalq arenada Bakını dəstəkləyib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü, eləcə də Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tezliklə həlli üçün ardıcıl olaraq mübarizə aparıb.
Bu baxımdan, Çinin müharibədən sonrakı Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı xüsusilə əhəmiyyətlidir. Çinin bir çox şirkəti müvafiq layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
“Xüsusi qeyd etmək istərdim ki, Çin bu prosesdə iştirak edir və onun bir çox şirkəti azad edilmiş ərazilərimizin dirçəldilməsində maraqlıdır. Bu sahələrdən biri yüksək texnologiyalar, “ağıllı şəhərlər” və “ağıllı kəndlər”dir”, -deyən R. Abbasov vurğulayıb ki, bu, Çinin iştirakının məhz bir aspektidir.
O, Çinin Azərbaycanın azad edilmiş ərazilərinin iqtisadi dirçəlişinə töhfə verməyə davam edəcəyinə əminliyini ifadə edib.