Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda Vətən müharibəsində qazanılmış tarixi Zəfərin işğaldan azad edilmiş ərazilərdə yaratdığı yeni reallıqlar, həyata keçirilən bərpa-quruculuq işləri və kənd təsərrüfatının inkişafı əks etdirilib.
Videoçarxın əsas qəhrəmanı Vətən müharibəsinin iştirakçısı, hazırda fermer kimi fəaliyyət göstərən və Xocavənd rayonunda əkinçiliklə məşğul olan müharibə iştirakçısıdır.
Videoçarxda Zəfərdən sonra həyatın yenidən canlandığı torpaqların bu gün əkin sahələrinə, bərəkət və istehsal məkanına çevrilməsi fermerin həyat hekayəsi ilə təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.11.2026 [19:38]
“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
- 07.11.2026 [19:17]
Təbrizdəki baş konsulluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 07.11.2026 [18:39]
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi
- 07.11.2026 [18:32]