Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Bakı, 8 noyabr, AZƏRTAC

30 ildən çox əsarət altında qalan tarixi torpaqlarımızın azad olunması ilə nəticələn, hər bir azərbaycanlıya tükənməz qürur və xoşbəxtlik hissi yaşadan 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən 6 il ötür. Bu inamlı qələbə birmənalı olaraq xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsi, Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəflə davam etdirdiyi məqsədyönlü və ardıcıl siyasətin məntiqi nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin məqaləsində yer alıb. Məqalədə daha sonra deyilir:

Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini yüksək peşəkarlıq, inam, səbir və təmkinlə davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük Zəfər yürüşümüz tarixi qələbə ilə başa çatdı. 2023-cü ildə Qarabağda aparılmış, bir gündən də az çəkmiş antiterror əməliyyatları ilə dövlətimizin suverenliyi tamamilə bərpa olundu.

Əli xalqımızın qanına batmış müharibə cinayətkarları xüsusi xidmət orqanlarımızın əməkdaşları tərəfindən həbs olunaraq Azərbaycanın ədalət mühakiməsinə təslim edildi. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi qələbəmizin, şanlı Zəfərimizin zirvə nöqtəsi oldu. Ulu Öndərimiz Heydər Əliyevin 2003-cü ildə xalqa ünvanladığı tarixi müraciətində yer alan “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - kəlamının qüdrəti tarixi Zəfərimizin işığında bir daha təsdiqini tapdı.

Vətən müharibəsi xalqımızın tarixində daima qürurla xatırlanacaq yeni bir səhifə açdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq savaşı apardı. Həmin günlərdə xalqımız öz rəhbərinin, dövlətinin və ordusunun ətrafında sıx birləşərək sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Vətən müharibəsinin hər günü xalqımızın iradəsinin, əsgər və zabitlərimizin mərdliyinin, Vətənə bağlılığının canlı nümunəsinə çevrildi. Doğma torpaqlarımızın, şəhər və kəndlərimizin işğaldan azad olunması, üçrəngli bayrağımızın həmin torpaqlarda yenidən dalğalanması milyonlarla azərbaycanlının illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsi idi.

Bu Qələbənin arxasında böyük fədakarlıq dayanırdı. Azərbaycan əsgəri Vətənin hər qarışı uğrunda döyüşdü, şəhidlərimiz ən qiymətli nemət olan həyatlarını doğma torpaq naminə fəda etdilər. Əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, dövlət rəhbərliyinin ardıcıl siyasi mövqeyi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici tarixi prosesin əsas tərkib hissələri oldu.

Bu baxımdan, 8 Noyabr yalnız şanlı hərbi Qələbənin deyil, həm də bir millət kimi milli iradəmizin, sarsılmaz birliyimizin, Vətən sevgimizin və yenilməz ruhumuzun təntənəsi günüdür. Bu tarix xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış, nəsildən-nəslə ötürüləcək müqəddəs Zəfər salnaməsidir. Bu möhtəşəm Zəfərin memarı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi tarixi Qələbəmizi təmin etdi. Dövlətimizin qüdrəti, Ordumuzun gücü və xalqımızın birliyi Azərbaycanın nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsinə qədəm qoymuş suveren dövlətimiz müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərlə, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və quruculuq işləri ilə, eyni zamanda beynəlxalq aləmdə qazandığımız sarsılmaz nüfuzla bütün dünyaya örnəkdir. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyi, siyasi müdrikliyi, sarsılmaz iradəsi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan dövlət idarəçiliyi ölkəmizi günbəgün gücləndirir, iri güc mərkəzləri Azərbaycanla hesablaşır, dövlətimiz bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.

Ulu Öndər Heydər Əliyevin siyasətinin başlıca hədəfi Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək idi. Qalib və qüdrətli Azərbaycanın rəhbəri, Prezident İlham Əliyev bu gün həmin missiyanı şərəflə yerinə yetirir, regionda əbədi sülhün bərpası üçün bütün səyləri göstərir. Məhz bütün bunların sayəsində bu gün yalnız Azərbaycan xalqı deyil, bütün mütərəqqi dünya Prezident İlham Əliyevə regionun sülh carçısı kimi yanaşır, bu dahi şəxsiyyətə ən ali ehtiram göstərir və etimad bəsləyir.

Bu gün Azərbaycanın tarixi qələbəsi ilə haqlı olaraq fəxr və qürur hissləri yaşayan bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşir, dövlətimizin qazandığı nailiyyətləri hər bir azərbaycanlı özünün sonsuz qürur mənbəyi hesab edir. Azərbaycançılıq ideyası müstəqil Azərbaycanın rifahına və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü amil kimi hər birimizi yeni qələbələrə, yeni zəfərlərə səsləyir. Bütün dünya azərbaycanlıları Prezident, Müzəffər Ali Baş Komandan, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış yenilməz sərkərdə İlham Əliyevin ətrafında daha da sıx birləşir, daha da həmrəy olurlar. Əminik ki, bu birlik, bu həmrəylik ölkəmizi və xalqımızı yeni-yeni zəfərlərə aparacaq.

Məhz bu milli birlik və həmrəylik əldə etdiyimiz tarixi nailiyyətlərin qorunması, dövlətimizin ideoloji dayaqlarının möhkəmləndirilməsi və gələcək strateji hədəflərimizin həyata keçirilməsi üçün mühüm əsasdır. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi proqram xarakterli çıxışında qeyd etdiyi kimi, bu gün bizim qarşımızda strateji vəzifələr durur. Bu vəzifələrdən biri də əldə etdiyimiz qələbənin daha da möhkəmləndirilməsi, dövlətimizin qüdrətləndirilməsi, bədxahlarımızın məkrli informasiya hücumlarına qarşı daha möhkəm dayanmağımızdır. Döyüş meydanında əldə etdiyimiz şanlı qələbənin doğurduğu misilsiz milli birlik gündən-günə möhkəmlənir. Xalqımız milli maraqlarımızın qorunması və ölkəmizə qarşı yönələn informasiya hücumlarına qarşı daha qətiyyətli mübarizə aparır. Xalqımızın qazandığı tarixi nailiyyətlərin qorunması və gələcək inkişafının təmin edilməsi yalnız hərbi, siyasi və iqtisadi gücün deyil, həm də milli və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsini tələb edir.

Müasir dövrdə qarşımızda duran mühüm vəzifələrdən biri milli kimliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin qorunması, xüsusilə gənc nəslin milli dövlətçilik dəyərlərinə sədaqət ruhunda yetişdirilməsidir. Qlobal informasiya məkanında tarixi həqiqətlərin təhrif edilməsi, məqsədyönlü dezinformasiya kampaniyaları və ölkəmizə qarşı yönələn manipulyativ təsirlər bu istiqamətdə görülən işlərin əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə ideoloji təhlükəsizliyin təmin edilməsi fiziki təhlükəsizlik qədər mühüm strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində təhsil müəssisələrinin, xüsusilə ali təhsil ocaqlarının üzərinə mühüm məsuliyyət düşür. Müasir universitetlər yalnız yüksəkixtisaslı mütəxəssislər hazırlayan elm və təhsil mərkəzləri deyil, həm də milli düşüncənin, dövlətçilik təfəkkürünün və vətəndaş məsuliyyətinin formalaşdığı mühüm intellektual mühitdir. Gənclərin xalqımızın zəngin tarixi irsinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə bağlılığının möhkəmləndirilməsi ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olmalıdır.

Bu baxımdan ölkəmizin ali təhsil müəssisələri qarşısında duran vəzifə yalnız müasir biliklərə və peşə bacarıqlarına malik mütəxəssislər yetişdirməklə məhdudlaşmır. Eyni zamanda milli kimliyini dərindən dərk edən, dövlət müstəqilliyinin tarixi əhəmiyyətini qiymətləndirən, informasiya təhdidlərini düzgün təhlil etmək və onlara qarşı dayanmaq bacarığına malik, müstəqil və tənqidi düşünən, yüksək vətəndaşlıq mövqeyi ilə seçilən gənclərin yetişdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Aydındır ki, milli dövlətçilik dəyərlərinə sədaqət, güclü elm və keyfiyyətli təhsil gənc nəslin formalaşmasının, dövlətimizin gələcək inkişafının və tarixi Zəfərimizin davamlılığının mühüm şərtlərindəndir. Bu vəzifələrin həyata keçirilməsi isə hər birimizin Vətən qarşısında məsuliyyətini və şəhidlərimizin müqəddəs xatirəsinə sədaqətini daha da artırır.

Zəfər Günümüz mübarək! Zəfərimiz əbədi olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər Parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub

Azərbaycanın tarixi Qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb - İtaliya eksperti

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum

Xankəndidən gələn mesajlar və Qarabağa elmin qayıdışı

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər VİDEO

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar

Dövlət Xidmətinin rəhbərliyi Zəfər parkını ziyarət edib

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər VİDEO

Mehmet Emir Aksoy: Azərbaycanın Zəfəri dövlət iradəsinin tarixi təsdiqidir

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Akkan Suver: 8 Noyabr Türk dünyası üçün böyük Zəfər və qürur günüdür

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular –  Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb  VİDEO

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular – Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır VİDEO

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur VİDEO

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur VİDEO

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir VİDEO

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir VİDEO

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin VİDEO

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin VİDEO

Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar VİDEO

Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar VİDEO

Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur VİDEO

Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur VİDEO

Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq VİDEO

Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq VİDEO

Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi VİDEO

Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi VİDEO

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər

Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir VİDEO

Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir VİDEO

Prezident Ərdoğan sosial şəbəkə hesabında Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib VİDEO

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

Energetika Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib

Bir qardaş yanımızda idi, digəri şəhid olmuşdu - Vətən müharibəsi iştirakçısı danışır

Deputat: Xalqımız indi növbəti tarix yazmağa hazırlaşır VİDEO

Deputat: Xalqımız indi növbəti tarix yazmağa hazırlaşır VİDEO

Eldar Əzizov: Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır VİDEO

Eldar Əzizov: Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır VİDEO

Peru mətbuatı Zəfər Günündən yazıb

Mustafa Destici: Azərbaycanın Zəfəri bütün Türk dünyasının sevinc və qürur mənbəyidir

Deputat: Xankəndidə səslənən mesajlar Azərbaycanın yeni tarixi reallığını dünyaya çatdırdı VİDEO

Deputat: Xankəndidə səslənən mesajlar Azərbaycanın yeni tarixi reallığını dünyaya çatdırdı VİDEO

Pərviz Ağayev: Xalq-ordu birliyi və dövlətimizin qətiyyətli mövqeyi bizə Zəfər qazandırdı

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib VİDEO

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib VİDEO

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir ŞƏRH

Kəlbəcər döyüşçüsü Zəfər salnaməsini kətan üzərinə köçürür

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

Almaniyadakı “Odlar Yurdu” boks klubunun üzvləri qələbələrini Zəfər Gününə həsr ediblər

Cənubi Afrika mediasında Azərbaycanın noyabr bayramlarından bəhs edən məqalə dərc olunub

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

Şuşanın azad edilməsi Azərbaycanın hərbi-diplomatik Qələbəsinin həlledici mərhələsi oldu ŞƏRH

Akademik: 44 günlük Zəfər tariximizin yaddaşına əbədi həkk olunan möhtəşəm Qələbədir

Şanlı Zəfərin 6-cı ildönümü Vyetnamda qeyd olunub

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Elçin Babayev: Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçilik gücümüzün əsas dayağıdır

Şimali Kipr XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Milli iradənin və xalqın öz taleyinə sahib çıxmasının təntənəsi ŞƏRH

“Məni təbrik edirdilər ki, Teymur Şuşanı aldı” – Şəhid anası 6 il əvvəl yaşadığı sevincli və kədərli anları xatırlayır VİDEO

“Məni təbrik edirdilər ki, Teymur Şuşanı aldı” – Şəhid anası 6 il əvvəl yaşadığı sevincli və kədərli anları xatırlayır VİDEO

Cərrah Gülşən Əhmədli: Zəfər Günündə Azərbaycan-Alman Tibb Günlərini birlikdə təşkil etməyimiz həmrəyliyimizin göstəricidir VİDEO

Cərrah Gülşən Əhmədli: Zəfər Günündə Azərbaycan-Alman Tibb Günlərini birlikdə təşkil etməyimiz həmrəyliyimizin göstəricidir VİDEO

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb VİDEO

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib VİDEO

Vyanada Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada FOTO

Həsrətdən Zəfərə: Şuşanın azadlıq yolu VİDEO

Həsrətdən Zəfərə: Şuşanın azadlıq yolu VİDEO

Asif Hacıyev: Azərbaycan xalqı öz gücü və iradəsi ilə müstəqil şəkildə qələbə qazandı

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

Qarabağ Universitetinin rektoru: Zəfərin mənəvi dəyərini bilik, elm və innovasiya ilə davam etdirməliyik

Akademik Teymur Kərimli: 8 Noyabr ən böyük bayramdır

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Tarixi tapşırığın, verilən sözün icra olunmasından 6 il keçir VİDEO

Tarixi tapşırığın, verilən sözün icra olunmasından 6 il keçir VİDEO

Ədalətin təntənəsi: Milli qürurun bərpası və tarixin Zəfər salnaməsi

Zəfər doktrinası regional və beynəlxalq arenada necə görünür? – TƏHLİL

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib VİDEO

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib VİDEO

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

Filarmoniyanın səhnəsində Zəfər konserti

Vətən müharibəsinin xronikası: 8 noyabr

Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsi Zəfərin təməlində dayanan amil oldu

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! VİDEO

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir VİDEO

Xalqımız Zəfər parkını ziyarət edir VİDEO

Xalqımız Zəfər parkını ziyarət edir VİDEO

8 Noyabr xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsidir ŞƏRH