Azərbaycan Dövlət İnformasiya Agentliyi

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC

Bizim qarşımızda duran əsas məqsəd Şuşanı azad etmək idi. Bunun üçün canımız bahasına olsa belə, bütün gücümüzü səfərbər etmişdik. Ağır döyüşlərdən keçərək Şuşaya doğru irəliləyirdik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan giziri Rüstəm Məhsimov deyib. O Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan, xüsusilə Şuşanın azadlığı uğrunda aparılan ağır döyüşlərdən danışıb.

R.Məhsimov bildirib ki, sentyabrın 27-də xidmət yoldaşları ilə birlikdə Füzuli rayonunun Alxanlı və Qaraxanbəyli istiqamətlərində döyüşlərə başlayıblar. Cəbrayıl və Füzuli istiqamətlərində döyüş tapşırıqlarının uğurlu icrasından sonra Şuşa istiqamətində hərbi əməliyyatlara yollanıblar: “Bizim əsas məqsədimiz Şuşanı azas etmək idi”.

O qeyd edib ki, ağır döyüşlərdən sonra bölmələrin yenidən komplektləşdirilməsində Daxili Qoşunların xüsusi təyinatlıları və Naxçıvandan gələn döyüşçülər də mühüm rol oynayıblar. Şuşanın azad edilməsi əməliyyatı zamanı qüvvələr iki istiqamətə bölünüb. Bir qrup Daşaltı istiqamətindən hərəkət etməli, digər qrup isə Laçın dəhlizi istiqamətində düşmənin arxasına keçərək Şuşanın sıldırım qayalıqlarından şəhərə daxil olmalı idi.

R.Məhsimovun sözlərinə görə, noyabrın 5-də saat 16-17 radələrində Şuşanın ətəyinə çatıblar. Həmin vaxt şəhərdə duman o qədər sıx olub ki, döyüşçülər bir-birini belə görməkdə çətinlik çəkiblər. Soyuq hava, məhdud təminat və mürəkkəb relyef döyüşləri daha da çətinləşdirib. Bəzən qidalanmaq üçün meşədə rast gəldikləri təbii bitkilərdən və meyvələrdən istifadə etməli olublar.

“Biz düşmənin səsini eşidirdik. Onlar səngər qazır, müdafiə mövqelərini möhkəmləndirirdilər. Tapşırığa əsasən, biz onlara görüntü vermirdik”.

O bildirib ki, noyabrın 5-də axşam saatlarında döyüşçülər müəyyən edilmiş mövqelərdə yerləşərək gecə əməliyyatına hazırlaşıblar. Silahlar təmizlənib, sursatlar hazırlanıb, hər kəsin döyüş tapşırığı dəqiqləşdirilib. Saat 21 radələrində Xankəndi istiqamətindən Şuşaya qalxan yolda düşmən texnikasına qarşı pusqu qurublar. Həmin istiqamətdə hərəkət edən canlı qüvvə və zirehli texnikanın qarşısını almaq üçün mübarizə aparıblar.

“Xankəndidən Şuşanı görmədən Laçın koridoruna gedən yola biz blokada qurub gələn bütün şəxsi heyəti, zirehli texnikanı pusquya salmağa başladıq. Qarşı tərəf pusquya salınan kimi şəxsi heyət ordan dağı keçib qala istiqamətinə hərəkət edirdi. Növbəli şəkildə yol açıldıqca bölmələrimiz içəriyə daxil olurdu. Düşmənin şəxsi heyətini aradan qaldırdıqdan sonra texnikanın məhv olması prosesi gəldi. Noyabrın 6-7-də tank əleyhinə vasitələrin tətbiqi ilə düşmənin bir neçə zirehli texnikası məhv edildi. Bununla da həmin istiqamətdən Şuşaya doğru texnikanın hərəkətinin qarşısı alındı”.

Keçmiş döyüşçü qeyd edib ki, düşmən geri çəkildikcə tələlər, pusqular qururdu.

“Amma biz buna baxmayaraq, ayıq-sayıq hərəkət edərək Xankəndidən gələn həmin yolu mühasirəyə saldıq. Xankəndidən gələn tankı 200 metr məsafədə məhv eləmək istədik. Amma onların gecə görüşləri və ya tankda cihazları olduğu üçün bizi görüb üzərimizə atış etdilər. Həmin istiqamətdə döyüş yoldaşım qəhrəmancasına şəhid oldu, mən yaralandım. Demək olar ki, Şuşa istiqamətində, yəni o torpaqda elə birinci bizi vurdular, yəni düşmən ilk dəfə bizə atəş açdı. Şuşadakı şəxsi heyətimiz o qədər xüsusi bacarıqlara malik idi ki, xüsusi mövqelərdən, xüsusi müdafiə sədlərindən istifadə edərək düşmənin içinə sızmağı bacardılar. Biz Şuşanın içinə daxil olarkən iki saat ərzində düşmənin şəxsi heyətini məhv etdik. Bizim xüsusi snayperlərimiz də bir yandan onları bir-bir aradan qaldırdılar. Əllərində nə qaldı? Bircə texnika. Texnikanın da məhv olması prosesinə ayın 7-də başladıq. Bundan sonra Şuşa tam azad olundu. Biz Şuşanı müdafiə etməyə, müdafiə sədlərimizi qurmağa, mövqelərimizi möhkəmləndirməyə başladıq. Şəhər gündəlik növbəli sistemlə mühafizə olunurdu”, - deyə o bildirib.

Noyabrın 5-də yaralanan R.Məhsimov noyabrın 7-dək Şuşada qaldığını söyləyib. Həmin müddətdə yaralı hərbçilər üçün toplanma məntəqəsi təşkil edilib. Şəhərin müxtəlif istiqamətlərində yaralanan döyüşçülər rabitə vasitəsilə onun yanına göndərilir, ilkin tibbi yardım göstərildikdən sonra təxliyə gözlənilirdi. Yaralı vəziyyətdə olduqları üçün əsasən mövqelərinin müdafiəsini təmin edə bilirdilər.

Noyabrın 7-də təxliyə olunan R.Məhsimov hospitala çatdıqdan sonra müharibənin başa çatdığını eşidib. O, həmin anları böyük həyəcanla xatırlayır: “Hospitalda gecə saat dördə qədər yata bilmirdim. Fikrim ancaq döyüş yoldaşlarımın yanında idi. Görəsən, kim qaldı, kim yaralandı, kim şəhid oldu? Birlikdə çörək kəsdiyimiz, çiyin-çiyinə döyüşdüyümüz insanlar gözümün önündən getmirdi. Saat dörd radələrində bəyanatın imzalandığını və müharibənin başa çatdığını eşitdim. Allaha çox şükür etdim. İçimdə böyük bir rahatlıq yarandı. Xalqımızın sevincini gördükdə isə qürur hissi keçirdim. O sevincdə az da olsa, mənim də payım varsa, buna görə çox şükür edirəm.

O yenidən Şuşaya ilk girdikləri anı xatırlayır: “Noyabrın 5-də Şuşanın içində bir duman var idi ki. Çox qatı idi, adam öz barmağını görmürdü. Özü də dumanın içində çiskinlik var, nəmişlik o qədər nisbəti yüksəkdir ki, adamın sanki ruhu soyuyur soyuqdan, titrəyir adam. Döyüş yoldaşımızı belə görə bilmirdik, atış istiqamətinə uyğun atəş açırdıq. Əlbəyaxa döyüşlər həmin şəraitdə oldu”.

Onun sözlərinə görə, bu qələbə müxtəlif xüsusi təyinatlı bölmələrin birgə fəaliyyəti, qarşılıqlı dəstək və fədakarlıq sayəsində mümkün olub.

“Çox şükür ki, torpaqlarımızı düşmən tapdağından xilas etdik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bizdən sonra gələn nəsillərə bu torpaqların həsrətini, intiqam yükünü qoymadıq. Torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidin, hər bir döyüş yoldaşımızın xatirəsi bizim üçün əzizdir”, – deyə ehtiyatda olan gizir fikirlərini yekunlaşdırıb.

 Müxbir - Göyçək Mahmudlu
Videooperator - Vüsal Taqiyev
XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin

Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar

Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur

Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq

Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər

Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

Energetika Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib

Bir qardaş yanımızda idi, digəri şəhid olmuşdu - Vətən müharibəsi iştirakçısı danışır

Deputat: Xalqımız indi növbəti tarix yazmağa hazırlaşır VİDEO

Deputat: Xalqımız indi növbəti tarix yazmağa hazırlaşır VİDEO

Eldar Əzizov: Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır VİDEO

Eldar Əzizov: Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır VİDEO

Peru mətbuatı Zəfər Günündən yazıb

Mustafa Destici: Azərbaycanın Zəfəri bütün Türk dünyasının sevinc və qürur mənbəyidir

Deputat: Xankəndidə səslənən mesajlar Azərbaycanın yeni tarixi reallığını dünyaya çatdırdı VİDEO

Deputat: Xankəndidə səslənən mesajlar Azərbaycanın yeni tarixi reallığını dünyaya çatdırdı VİDEO

Pərviz Ağayev: Xalq-ordu birliyi və dövlətimizin qətiyyətli mövqeyi bizə Zəfər qazandırdı

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir ŞƏRH

Kəlbəcər döyüşçüsü Zəfər salnaməsini kətan üzərinə köçürür

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

Almaniyadakı “Odlar Yurdu” boks klubunun üzvləri qələbələrini Zəfər Gününə həsr ediblər

Cənubi Afrika mediasında Azərbaycanın noyabr bayramlarından bəhs edən məqalə dərc olunub

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda.... VİDEO

Şuşanın azad edilməsi Azərbaycanın hərbi-diplomatik Qələbəsinin həlledici mərhələsi oldu ŞƏRH

Akademik: 44 günlük Zəfər tariximizin yaddaşına əbədi həkk olunan möhtəşəm Qələbədir

Şanlı Zəfərin 6-cı ildönümü Vyetnamda qeyd olunub

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Elçin Babayev: Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçilik gücümüzün əsas dayağıdır

Şimali Kipr XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Milli iradənin və xalqın öz taleyinə sahib çıxmasının təntənəsi ŞƏRH

“Məni təbrik edirdilər ki, Teymur Şuşanı aldı” – Şəhid anası 6 il əvvəl yaşadığı sevincli və kədərli anları xatırlayır VİDEO

“Məni təbrik edirdilər ki, Teymur Şuşanı aldı” – Şəhid anası 6 il əvvəl yaşadığı sevincli və kədərli anları xatırlayır VİDEO

Cərrah Gülşən Əhmədli: Zəfər Günündə Azərbaycan-Alman Tibb Günlərini birlikdə təşkil etməyimiz həmrəyliyimizin göstəricidir VİDEO

Cərrah Gülşən Əhmədli: Zəfər Günündə Azərbaycan-Alman Tibb Günlərini birlikdə təşkil etməyimiz həmrəyliyimizin göstəricidir VİDEO

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb VİDEO

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib VİDEO

Vyanada Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada FOTO

Həsrətdən Zəfərə: Şuşanın azadlıq yolu VİDEO

Həsrətdən Zəfərə: Şuşanın azadlıq yolu VİDEO

Asif Hacıyev: Azərbaycan xalqı öz gücü və iradəsi ilə müstəqil şəkildə qələbə qazandı

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

Qarabağ Universitetinin rektoru: Zəfərin mənəvi dəyərini bilik, elm və innovasiya ilə davam etdirməliyik

Akademik Teymur Kərimli: 8 Noyabr ən böyük bayramdır

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Tarixi tapşırığın, verilən sözün icra olunmasından 6 il keçir VİDEO

Tarixi tapşırığın, verilən sözün icra olunmasından 6 il keçir VİDEO

Ədalətin təntənəsi: Milli qürurun bərpası və tarixin Zəfər salnaməsi

Zəfər doktrinası regional və beynəlxalq arenada necə görünür? – TƏHLİL

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib VİDEO

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib VİDEO

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

Filarmoniyanın səhnəsində Zəfər konserti

Vətən müharibəsinin xronikası: 8 noyabr

Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsi Zəfərin təməlində dayanan amil oldu

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! VİDEO

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir VİDEO

Xalqımız Zəfər parkını ziyarət edir VİDEO

Xalqımız Zəfər parkını ziyarət edir VİDEO

8 Noyabr xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsidir ŞƏRH

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir VİDEO

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir VİDEO

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür VİDEO

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar VİDEO

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar VİDEO

Azərbaycan Ordusunun qəhrəmanlığı və hərb tarixində yeni səhifə ŞƏRH

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub VİDEO

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub VİDEO

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq VİDEO

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq VİDEO

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi VİDEO

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi VİDEO

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi VİDEO

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi VİDEO

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib VİDEO

Lənkəranda Zəfər Günü qeyd olunub

GİKM-in regional nümayəndəlikləri Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Professor Natiq Həsənov: Azərbaycan-Alman Tibb Günlərinin 8 Noyabr - Zəfər Günündə keçirilməsi qürurvericidir VİDEO

Professor Natiq Həsənov: Azərbaycan-Alman Tibb Günlərinin 8 Noyabr - Zəfər Günündə keçirilməsi qürurvericidir VİDEO

Zəfər Günü milli birliyimizin və qəhrəmanlığımızın təcəssümüdür

8 Noyabr - Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi

Vətən müharibəsi iştirakçısı: Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram VİDEO

Vətən müharibəsi iştirakçısı: Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram VİDEO

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar VİDEO

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar VİDEO

Qazaxıstanda yaşayan azərbaycanlıların qürur günü VİDEO

Qazaxıstanda yaşayan azərbaycanlıların qürur günü VİDEO

“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO

“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO

Özçubukçu: Azərbaycanın Zəfəri Türk dünyası üçün milli iradənin və strateji özünəinamın təcəssümüdür

Batabat yaylağına qar yağır

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

Şahbaz Şərif: 8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur

Tariximizi şərəfləndirən, xalqımızı qürurlandıran Zəfər salnaməsi

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Polkovnik-leytenant Elxan İsmayılov: Bu tarixin bir parçası olmaq mənim üçün böyük qürurdur VİDEO

Polkovnik-leytenant Elxan İsmayılov: Bu tarixin bir parçası olmaq mənim üçün böyük qürurdur VİDEO

Zəfər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Rustavidəki abidəsi ziyarət olunub

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılışı olub

Kapitan Kənan Muradov: Komandir və müavinlər şəhid oldu, məsuliyyət üzərimə düşdü VİDEO

Kapitan Kənan Muradov: Komandir və müavinlər şəhid oldu, məsuliyyət üzərimə düşdü VİDEO

Azərbaycanın Zəfər Günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib VİDEO

Azərbaycanın Zəfər Günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib VİDEO

AZƏRTAC ilə “Sinxua” təcrübə mübadiləsini genişləndirəcək

® “Araz” supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət edib

TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb

Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib

Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa

® Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo” şəhid ailələrinə bayram sovqatları çatdırıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Bu gün Şuşa Şəhəri Günüdür

ABŞ Konqresindəki demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır

Slovakiyada Zəfər Günü təntənəsi