Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.
“Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur”, - deyən dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır.