Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Türkiyə həm Azərbaycanın ədalətli mübarizəsini, həm də Bakının regionda davamlı sülhün təmin olunması istiqamətindəki səmimi səylərini dəstəkləyib”, – deyə Prezident Ərdoğan qeyd edib.