Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO
Füzuli, 8 noyabr, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yola saldılar.