Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilən konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs qrupu, “Şərur” Xalq Yallı Ansamblı, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri, eləcə də regional mədəniyyət idarələrinin, uşaq musiqi və incəsənət məktəblərinin yaradıcı kollektivləri çıxış ediblər.
Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olub.
Müxbir - Nail Əsgərov