Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO
İstanbul, 8 noyabr, AZƏRTAC
İstanbulun əsas rəmzlərindən biri olan tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, proyeksiya 8 Noyabr – Zəfər Günü münasibətilə baş tutub.
Qeyd edək ki, şanlı Zəfərimizin ildönümü qardaş Türkiyədə böyük coşqu ilə qeyd edilib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul