Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO
Gəncə, 9 noyabr, AZƏRTAC
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbi qulluqçuların iştirakı ilə keçirilən yürüşün marşrutu Nizami Gəncəvi küçəsində yerləşən Bayraq meydanından başlayaraq Heydər Əliyev, Sabir və Atatürk küçələri istiqamətində davam edəcək.
Müxbir - Elcan Məmmədov