Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO
Kiyev, 10 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müharibənin tənzimlənməsinə dair Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram”da paylaşımında bildirib.
“Biz Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar formatında müzakirələr aparırıq. Gündəlikdə hərbi əməliyyatlara son qoymaq və sülhü yaxınlaşdırmaq kimi əsas məsələlər var", - deyə Umerov əlavə edib.
Umerov qeyd edib ki, nümayəndə heyəti Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun olaraq çalışır.
Bundan əvvəl Ukrayna nümayəndə heyəti ilk görüşünü Əbu-Dabidə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçirib.