COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO
Antalya, 10 noyabr, AZƏRTAC
COP31-ə ev sahibliyi edən Türkiyə Antalyada təkcə dünyanın dörd bir yanından olan insanları deyil, həm də kəpənəkləri qonaq edib. Tədbirin keçirildiyi məkanda Tropikal Kəpənək Bağçası qurulub və burada on fərqli növdə təxminən 20 min kəpənək nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, canlılar bura Türkiyənin Konya vilayətində yerləşən Tropikal Kəpənək Bağçasından gətiriliblər. Konyanı turistlər üçün cəlbedici edən amillər arasında bu kəpənəklər də yer alır.
COP31 bölgəsində, 2600 kvadratmetr ərazidə qurulan bağçada canlılarla yanaşı tropikal bitkilər də nümayiş etdirilir.
Bağça turizmin təbliği ilə yanaşı, ətraf mühitin maarifləndirilməsi layihəsi kimi də diqqəti cəlb edir. Kəpənəklərin ekosistemdə oynadığı rolun izah edildiyi ərazidə ziyarətçilərə biomüxtəliflik, təbii həyatın qorunması və ekoloji tarazlığın əhəmiyyəti haqqında məlumat verilir.