Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO
Marneuli, 10 noyabr, AZƏRTAC
Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kəndlərarası futbol üzrə dostluq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir Marneuli bələdiyyəsinin Bəylər kənd gənclərinin təşkilatçılığı ilə baş tutub.
Yarışda Sadaxlı, Bəylər, Təzəkənd və Qasımlı kəndlərinin komandaları iştirak ediblər.
Təzəkənd kəndinin komandası turnirin qalibi olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi