Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki əsrlik dad yaddaşı: Qaşqaçayda su dəyirmanı nəsildən-nəslə ötürülərək qorunub VİDEO

Qax, 11 noyabr, AZƏRTAC

Tarixi mənbələr göstərir ki, hələ Neolit dövründə Azərbaycanda taxılın una çevrilməsi üçün sadə dən daşlarından istifadə edilib. Zamanla taxılçılığın inkişafı əl dəyirmanlarının su dəyirmanları ilə əvəz olunmasına gətirib çıxarıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su dəyirmanları bütün zamanlarda xalq arasında xeyir-bərəkət rəmzi hesab olunub. Üzərindən əsrlər keçməsinə baxmayaraq, xalqımız bu dəyirmanları qoruyub saxlamış və günümüzə qədər gəlib çatmasını təmin etmişdir. İndi bölgələrdə, xüsusilə ucqar kəndlərdə barmaqla sayılacaq qədər az qalan su dəyirmanlarında üyüdülən una tələbat daha böyükdür. Belə dəyirmanlardan biri də Qaxın Qaşqaçay kəndində fəaliyyət göstərir.

Qaşqaçay kəndindəki su dəyirmanı kəndin yuxarı başında, dağın ətəyində yerləşir. İki əsrdən çox yaşı olan bu dəyirman bir neçə nəslin nümayəndəsi tərəfindən idarə olunub. Hazırda kənd sakini Bayram Qasımov bu işi öz öhdəsinə götürüb.

Biz əraziyə çatanda dəyirmançı Bayram Qasımovla elə yoldaca qarşılaşırıq: - Salam, Bayram dayı, gününüz xeyirli-bərəkətli olsun! Haradan belə? — deyə soruşuruq. - Su başından gəlirəm, - deyərək bizimlə görüşür və dağın ətəyindəki dəyirmana doğru addımlayır, - Suyu çox olanda dəyirman da yaxşı işləyir. Dedim bir az artırım ki, unu rahat üyütsün.

Dəyirmançı bildirir ki, bu işin adı sadə görünsə də məsuliyyət və əziyyəti çoxdur. Belə ki, səhərin erkən saatlarından suyun mənbəyinə gedib, arx boyu tökülən yarpaq, ağac budaqları və digər töküntüləri təmizləyəsən ki, suyun axını sürətlə davam etsin. İş saatının səhərin dan yeri ağarandan başladığını deyən dəyirmançı un üyüdülən zaman səliqə-sahmana diqqət etməyin vacibliyindən danışır. Deyir ki, daş çarxlar işə düşəndən sonra dənin də quru və islanmaması başlıca şərtdir. Çünki, bir neçə dənin islanması unun xəmirləşməsinə, nəticədə xeyli hissəsinin xarab olmasına səbəb ola bilər.

Dəyirmanın iş prinsipləri haqda məlumat verən dəyirmançı: - Əslinə baxanda sadə mexanizmi var. Bol su gəlməlidir ki, daşın altındakı pəri işə salsın. Ona görə səhər tezdən gedib arx boyu təmizlik aparıram ki, suya nəsə düşməsin, pərlərə əlavə nəsə ilişib suyu ləngitməsin, - deyir və buğda tökülən bunkeri nişan verərək fikrini tamamlayır: - Buğdanı tökəndə və sonrakı müddətdə dənin quru olması şərtdir. Əgər dən islanarsa, Allah eləməsin, bir kisə buğdanın unu da məhv ola bilər.

Bu arada dəyirmançı tez-tez unun toplandığı yerdən nümunə götürərək müşahidə aparır, onun keyfiyyətini, təmizliyini və quruluğunu yoxlayır. Bayram Qasımov uşaqlıq xatirələrini bölüşərək bildirir ki, vaxtilə üst-başı çirkli olanda uşaqları dəyirmana buraxmazlarmış. Bu gün gördüyü işdən zövq aldığını deyən dəyirmançı payız və qış aylarında suyun bol olduğunu, daş çarxların dəni əla üyütdüyünü və sifarişləri vaxtında yerinə yetirməyə çalışdığını bildirir.

-Yaşlı nəslin dediyinə görə, bu dəyirmanın 200 il və daha çox yaşı var. Bu çarx daşların yaşı bəlkə daha qədimlərə gedir. Son dövrlər bizə müraciət edənlərin sayı artmaqdadır. Yola saldığımız yay ayları kəndimizə istirahətə gələnlər su dəyirmanı işlətdiyimizi biləndə elə o vaxtdan sifariş vermişdilər. İndi də un üçün müraciət edənlərin sayı hər gün artır, - deyən dəyirmançı fikrini tamamlayır: Bizim unumuz təmiz və keyfiyyətli olur. Bir alan bir də gəlib almaq istəyir.

Dəyirmana un gətirib növbə gözləyən yerli sakinlər də az deyil. Kənd sakini Davud Əzizov deyir ki, dünyada artıq təsdiq edilib ki, ən orqanik un su dəyirmanının unudur. Çünki burada elektrik enerjisindən, eləcə də texnoloji avadanlıqlardan istifadə olunmur. Həmçinin bu dəyirmanda üyüdülən unun çörəyi dadlı olur və rahat həzm edilir.

- Kəndimizin qocaman, yaşlı insanları danışırlar ki, vaxtilə bizdə hər obada su dəyirmanı olub. Bu dəyirman isə əsrlərə şahidlik edir. Ulu babalarımız tərəfindən qurulub, göz bəbəyi kimi qorunub. Burada üyüdülən unun keyfiyyəti, təndirdə bişirilən çörəyin dadı tam fərqli olur, - deyən Davud Əzizov illər əvvəl işi ilə əlaqədar başqa ölkələrdə yaşayarkən həmin fərqi daha çox hiss etdiyini və bir daha ağız dadını dəyişmədiyini bildirir.

Dəyirmançı Bayram Qasımovla söhbət zamanı onu da öyrənirik ki, payız gələndən bəri ona paytaxt Bakı ilə yanaşı, respublikanın bir neçə bölgəsindən də sifarişlər gəlib. Hazırda ətraf kəndlərdəki dəyirmanlar işləmədiyi üçün yerli sakinlər öz məhsulunu bu dəyirmana gətirirlər. Kəndlilərin unla yanaşı, mal-qara üçün yem istehsal etmək məqsədilə də bu dəyirmana gəldiyini qeyd edən dəyirmançı payız və qış aylarında sifarişlərin daha çox olduğunu bildirir.

Bayram Qasımov deyir ki, maddi vəziyyəti düzələn kimi su dəyirmanının ətrafını abadlaşdıracaq, onu qədim tarixi abidə kimi bərpa edərək gələcək nəsillərə miras qalmasına çalışacaq.

Müxbir - Rasim İslamoğlu

İki əsrlik dad yaddaşı: Qaşqaçayda su dəyirmanı nəsildən-nəslə ötürülərək qorunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB VİDEO

“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

Azərbaycan “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

BMT-nin Baş katibi: İqlim ədaləti qarşıdakı onilliyin əsas vəzifəsidir

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

Tayland sahillərində neft tankerinin batması nəticəsində 6 ekipaj üzvü itkin düşüb

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

Əvəz Quliyev: Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Hər baxışda bir ümid - COP31-dən rəngli FOTOLAR

Bu il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır

“SpaceX” “Starlink” peyk internet terminalının yeni versiyasını təqdim edib

Qazaxıstan beynəlxalq yükdaşımalarında elektron qaimələrə dair protokolu ratifikasiya edib

Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Əbu-Dabidə üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir

Sahil Babayev: Gələn ildən rayonlarımızın dotasiyadan asılılığı olmayacaq

Analitik: Avropalı tərəfdaşların texniki biliklərini Azərbaycanla bölüşməsi enerji infrastrukturunun təkmilləşdirilməsinə şərait yarada bilər

Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Polşada yaşayan azərbaycanlıların Koordinasiya Şurasına seçkilər keçirilib

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib YENİLƏNİB VİDEO

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

İdman direktoru: “Sabah”ın “Trabzonspor” üzərində qələbəsi xüsusi əhəmiyyət daşıyır

Komitə sədri: Vətəndaşlarımızın həssas təbəqəsinin rifah halının yaxşılaşdırılması üçün də kifayət qədər büdcə nəzərdə tutulub

Azərbaycan çayına COP31-də də çox böyük maraq var VİDEO

Azərbaycan çayına COP31-də də çox böyük maraq var VİDEO

Abşeron rayonunda valideynlərlə görüş: narkomaniya ilə mübarizədə ailənin rolundan bəhs olunub

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Arzu Nağıyev: Kibertəhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizlik məsələsidir

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi yazı və rəsm müsabiqələrini elan edib

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Azərbaycanlı voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

Ombudsman: Rəqəmsallaşma fonunda işçilərin rəqəmsal bacarıqlarının inkişafına maliyyə dəstəyi verilməlidir